Gündəm
“SABAH” tələbələri Azercell-də
Azercell Telekom MMC Təhsil Nazirliyinin həyata keçirdiyi “SABAH” layihəsinə dəstək verməkdə davam edir. Belə ki, dekabrın 2-də şirkət “SABAH” qrupunun 30 tələbəsi üçün info-tur təşkil edib. İnfo-tur zamanı şirkətin İnsan Resursları Departamentinin rəhbəri Ziba Musatafayeva, Azercell Şirkətinin Biznes Təhlili Şöbəsinin rəhbəri Azad Hüseynov, Azercell-in İnsan Qaynaqları departementinin Şöbələrin və İstedadların İdarəedilməsi şöbəsinin rəhbəri Aytən Fərzəliyeva və Azercell-in Texnologiyalar departamentinin ekspert-mühəndisi Asif İbrahimov və digərləri tələbələrə "GSM texnologiyası ilə tanışlıq", "Məhsulların idarə olunması" və "Öz Brendini Yarat" mövzusunda qısa sessiyalar keçiblər.
Mənzil-kommunal sektoru da özəlləşdirilə bilər
"Azərbaycanda mənzil-kommunal sektorunun özəlləşdirilməsi təklif olunub". Bu təkliflə bu gün parlamentdə 2017-ci il və növbəti üç il üçün dövlət büdcəsi və sosial-iqtisadi inkişaf konsepsiyasının müzakirələri zamanı millət vəkili Qüdrət Həsənquliyev deyib.
"Ölkədə 500 min sənədsiz ev var"
Sevindirici haldır ki, gələn ilin büdcəsində rəqəmlər dəyişsə də, onun sosial yönümlülüyü saxlanılıb. Bu insan hüquq və azadlıqları baxımından çox önəmlidir. Büdcə insanların sosial rifahının yüksəldilməsinə xidmət edəcək.
Mingəçevir şəhəri, Yevlax, Ağdaş, Ucar, Bərdə və Zərdab rayonlarında yaşayan vətəndaşların nəzərinə
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Zakir Qaralov cari il dekabrın 9-da saat 10:00-da Yevlax rayon prokurorluğunun inzibati binasında, Mingəçevir şəhəri, Yevlax, Ağdaş, Ucar, Bərdə və Zərdab rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcəkdir.
Naxçıvan-Təbriz-Tehran-Məşhəd beynəlxalq sərnişin qatarı yaxın günlərdə fəaliyyətə başlayacaq
Naxçıvan-Təbriz-Tehran-Məşhəd beynəlxalq sərnişin qatarının fəaliyyətə başlaması ilə bağlı bütün hazırlıqlar başa çatdırılıb. 2016-cı ilin ötən dövrü ərzində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə İran Dəmir Yolları arasında dəmir yollarının rəhbər heyəti və ekspertlərinin iştirakı ilə Naxçıvan, Təbriz, Tehran və Bakı şəhərlərində bir neçə görüş keçirilib, imzalanmış ikitərəfli protokollara əsasən, Naxçıvan-Təbriz-Tehran-Məşhəd beynəlxalq sərnişin qatarının fəaliyyətə başlaması, onunla əlaqədar tariflər razılaşdırılıb.
Azərbaycanın ixrac missiyasının Dubaya səfəri başa çatıb
Azərbaycanın ixrac missiyasının Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərinə səfəri başa çatıb. 27-30 noyabr tarixlərini əhatə edən səfər İqtisadiyyat Nazirliyi tərəfindən təşkil olunub və ixrac missiyasının xərcləri dövlət tərəfindən qarşılanıb.
Mövlud Çavuşoğlu Azərbaycana gələcək
2-3 dekabr 2016-cı il tarixində Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan Respublikasında işgüzar səfərdə olacaq. “Olaylar” XİN mətbuat xidmətinə istinadən xəbər verir ki, səfər çərçivəsində Mövlud Çavuşoğlunun 3 dekabr 2016-cı ildə Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulub.
Türkiyədə 29 iş adamı saxlanıldı
Dekabrın 2-də İstanbul, Ankara və İzmirdə Fəthullah Gülən tərəfdarlarına qarşı növbəti əməliyyat keçirilib. Polis əməliyyat zamanı 29 iş adamını saxlayıb.
Deputatdan TƏKLİF: ""JEK"lər bələdiyyələrə birləşdirilməlidir"
Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları, Gənclər və idman komitəsi, Regional məsələlər və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında 2017-ci il üzrə dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov millət vəkili Tahir Kərimlinin təklifinə münasibət bildirərkən deyib ki, "Mənzil-Kommunal sahələrinin tam özəlləşdirilməsi mümkündür".
Prezident İlham Əliyev və xanımı Zərdabda səfərdədirlər
Dekabrın 2-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və xanımı Mehriban ƏliyevaZərdab Rayon Mərkəzi Xəstəxanasının əsaslı təmirdən sonra istifadəyə verilən yeni binasında yaradılan şəraitlə tanış olublar.
"Barselona"dan Türkiyəyə BÖYÜK JEST
"Barselona" klubunun türkçə rəsmi saytı (www.fcbarcelona.com.tr) fəaliyyətə başlayıb. Klub saytı türk dili ilə yanaşı, artıq 10 dildə fəaliyyətə başlayıb.
Yunanıstanda TƏTİL - Bərə səfərləri dayandı
Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərləri vəkillərindən imtina ediblər
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Metropolitençilər birinci oldu
"Zenit" İdman Cəmiyyətinin xidmət sahəsinə daxil olan müəssisə və təşkilatların əməkdaşları arasında "Xalqın mənəvi və fiziki sağlamlığı uğrunda" devizi altında keçirilən respublika spartakiadası başa çatıb. “OLAYLAR”-ın xəbəreinə görə, Cəmiyyətin Respublika Şurası tərəfindən keçirilən sayca 19-cu idman bayramı, ötən illərdəki kimi, Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunub.
Gənclər arasında “Nə? Harada? Nə zaman?” İntellektual Oyunu keçirilib
“Təfəkkür” Universitetində Nərimanov Rayon Gənclər və İdman İdarəsi və “Təfəkkür” Universitetinin birgə təşkilatçılığı ilə gənclərin asudə vaxtının səmərəli təşkili məqsədi ilə Universitetin tələbələri arasında “Nə? Harada? Nə zaman?” İntellektual Oyunu keçirilib.














