Gənclər arasında “Nə? Harada? Nə zaman?” İntellektual Oyunu keçirilib

“Təfəkkür” Universitetində Nərimanov Rayon Gənclər və İdman İdarəsi və “Təfəkkür” Universitetinin birgə təşkilatçılığı ilə gənclərin asudə vaxtının səmərəli təşkili məqsədi ilə Universitetin tələbələri arasında “Nə? Harada? Nə zaman?” İntellektual Oyunu keçirilib.

"Təfəkkür" Universitetində Nərimanov Rayon Gənclər və İdman İdarəsi və "Təfəkkür" Universitetinin birgə təşkilatçılığı ilə gənclərin asudə vaxtının səmərəli təşkili məqsədi ilə Universitetin tələbələri arasında "Nə? Harada? Nə zaman?" İntellektual Oyunu keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, oyunun keçirilməsində məqsəd gənclərin intellektual səviyyəsini, dünyagörüşünü genişləndirmək, zehni inkişafını stimullaşdırılmaq, onlar arasında biliklərin və elmin nüfuzunu artırmaq, eləcə də asudə vaxtlarının səmərəli təşkil etməkdən ibarətdir. Tədbirdə "Təfəkkür" Universitetinin Tədris metodiki idarənin rəisi və Nəqliyyat və tətbiqi mexanika kafedrasının müdiri İlham Musayev, Filologiya fakultəsinin dekanı Həcər İsmayılova, Universitetin Tələbə-Gənclər Təşkilatının sədri Asəf Cabbarlı və 50 nəfər fəal tələbələri iştirak ediblər. Keçirilən oyunda "Təfəkkür" Universitetinin tələbələrindən ibarət 10 komanda iştirak etmişdir. Onlardan I yeri Filologiya fakultəsinin "Lorelay" komandası, II yerə Filologiya fakultəsinin "Bermund" komandası, III yerə isə İqtisadiyyat fakultəsinin "Turan" komandası tutmuşdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31