Qanlı cinayətin üstü on aydan sonra açıldı
Cari il fevralın 29-da Bakı şəhər sakini Fuad Nəbibəyliyə bıçaqla xəsarət yetirməklə sağlamlığına ağır zərər vurulub. Olaylar” Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Nəsimi RPİ 19-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bərdə rayon sakini Sərvan Dünyamalıyev tutulub. Həmçinin Xətai RPİ 37-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 30-də Bakı şəhər sakini Rauf Seyfullayevə bıçaqla xəsarət yetirməklə sağlamlığına ağır zərər vurmaqda şübhəli bilinən paytaxt sakini Aydın Əsgərov tutulub. Hər iki faktla bağlı araşdırma aparılır.
2 Dekabr 2016 17:32 KriminalCari il fevralın 29-da Bakı şəhər sakini Fuad Nəbibəyliyə bıçaqla xəsarət yetirməklə sağlamlığına ağır zərər vurulub. Olaylar" Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Nəsimi RPİ 19-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bərdə rayon sakini Sərvan Dünyamalıyev tutulub. Həmçinin Xətai RPİ 37-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 30-də Bakı şəhər sakini Rauf Seyfullayevə bıçaqla xəsarət yetirməklə sağlamlığına ağır zərər vurmaqda şübhəli bilinən paytaxt sakini Aydın Əsgərov tutulub. Hər iki faktla bağlı araşdırma aparılır.