Köçəryan Ermənistandan gedir

Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın Rusiya paytaxtına yollanır. Modern.az Ermənistan mediasına istinadən bildirir ki, 1in saytı ikinci prezidentin ofisinin rəhbəri Viktor Soqomonyandan keçmiş dövlət başçısına 2017-ci ildəki parlament seçkilərində hansı rol veriləcəyi ilə maraqlanıb.

Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın Rusiya paytaxtına yollanır.

Modern.az Ermənistan mediasına istinadən bildirir ki, 1in saytı ikinci prezidentin ofisinin rəhbəri Viktor Soqomonyandan keçmiş dövlət başçısına 2017-ci ildəki parlament seçkilərində hansı rol veriləcəyi ilə maraqlanıb.

Viktor Soqomonyan deyib: "Açıq danışsaq, mən onunla bu məsələni müzakirə etməmişəm. Əgər mənə bir həftə möhlət versəniz, dəqiqləşdirib, sizə məlumat çatdıraram".

O qeyd edib ki, Robert Köçəryan Moskvaya gedir. Keçmiş prezident orada gələn həftə keçiriləcək "AFK Sistem"in direktorlar şurasının növbəti iclasında iştirak edəcək.

Robert Köçəryan 2009-cu ildən "AFK Sistemi"in direktorlar şurasının üzvüdür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31