“Quş qripi”nə yoluxan 5 min ördək məhv edilib

Fransada H5N8 virusu (“quş qripi”) aşkarlanan 5 min ördəkdən 2 mini öldürülüb, qalan 3 min ördək isə profilaktik tədbir görmək məqsədi ilə ayrılıb.

Fransada H5N8 virusu ("quş qripi") aşkarlanan 5 min ördəkdən 2 mini öldürülüb, qalan 3 min ördək isə profilaktik tədbir görmək məqsədi ilə ayrılıb. Bu haqda Fransanın Kənd Təsərrüfat Nazirliyi məlumat yayıb.

İnformasiyaya əsasən, ölkənin cənub-qərbində yerləşən ördək saxlayan təsərrüfatda "quş qripi" aşkarlanıb.

Fransa bu epidemiyanın qarşısını ala bilməsə, o zaman "quş qripi olmayan dövlət" beynəlxalq statusu əldə edə bilməyəcək. Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31