Məhkəmə qarşısında vəsadət qaldırılıb

Cari ilin noyabr ayında Penitensiar xidmətin məsul işçilərindən, eləcə də ictimaiyyətin nümayəndələrindən və hüquq-müdafiəçilərdən ibarət xüsusi Komissiya müxtəlif cəzaçəkmə müəssisələrində məhkumlarla görüşləri olub.

Cari ilin noyabr ayında Penitensiar xidmətin məsul işçilərindən, eləcə də ictimaiyyətin nümayəndələrindən və hüquq-müdafiəçilərdən ibarət xüsusi Komissiya müxtəlif cəzaçəkmə müəssisələrində məhkumlarla görüşləri olub. Bu barədə Ədliyyə Nazirliyindən "Olaylar"a daxil olan məlumata görə, görüşdə 400-dən çox məhkumun şəxsi işi və digər aidiyyəti sənədlər hərtərəfli araşdırılıb. Nəticədə onların vaxtından əvvəl şərti azad etmə institutunun tətbiqi ilə bağlı məhkəmə qarşısında müvafiq vəsatətlər qaldırılıb. Məlumatda o da bildirilir ki, ötən dövrdə 6.500-ə yaxın məhkum vaxtından əvvəl şərti azad olunmağa və ya daha yüngül rejimli müəssisəyə keçirilməyə layiq bilinib və artıq məhkəmələr tərəfindən baxılmış həmin işlərdən 97%-i müsbət həll edilib və həmin şəxslər arasında təkrar cinayətlərin sayı xeyli azalıb. Həmçinin, törətdiyi cinayət əməli ilə zərərçəkmiş şəxslərə və dövlət büdcəsinə ziyan vurmuş məhkumlar tərəfindən bir milyon manata yaxın vəsaitin ödətdirilməsinə nail olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31