“Azərbaycanın İntellektual Birincisi” layihəsi davam edir
“Azərbaycanın İntellektual Birincisi” layihəsinin dekabr ayının 3-də Xırdalan, Sumqayıt, Xızı rayonlarının gənc intellektuallarının iştirakı ilə Sumqayıt turniri, Mingəçevir, Ağdaş, Bərdə, Göyçay Kürdəmir, Ucar, Yevlax, Zərdab rayonlarının gənc intellektuallarının iştirakı ilə Mingəçevir turniri, Dekabr ayının 4-də Şəmkir, Ağstafa, Daşkəsən, Gədəbəy, Gəncə, Goranboy, Göygöl, Qazax, Naftalan, Samux, Tovuz rayonlarının gənc intellektuallarının iştirakı ilə Şəmkir, Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən rayonlarının gənc intellektuallarının iştirakı ilə Quba turniri keçiriləcək. Bu barədə məlumat “OLAYLAR”-a “İRƏLİ” İctimai Birliyindən daxil olub. Bildirilib ki, açılış mərasimindən sonra 4 intellektual oyun ("Xəmsə", "Nə? Harada? Nə zaman?", "Axtar-tap", "VətəniTanı") oyunlarına start veriləcək və qalib gələn komandalar Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanacaqlar. Sonda turnirin bütün iştirakçıları şəhadətnamə ilə təltif ediləcəkdir.
2 Dekabr 2016 16:16 Sosial"Azərbaycanın İntellektual Birincisi" layihəsinin dekabr ayının 3-də Xırdalan, Sumqayıt, Xızı rayonlarının gənc intellektuallarının iştirakı ilə Sumqayıt turniri, Mingəçevir, Ağdaş, Bərdə, Göyçay Kürdəmir, Ucar, Yevlax, Zərdab rayonlarının gənc intellektuallarının iştirakı ilə Mingəçevir turniri, Dekabr ayının 4-də Şəmkir, Ağstafa, Daşkəsən, Gədəbəy, Gəncə, Goranboy, Göygöl, Qazax, Naftalan, Samux, Tovuz rayonlarının gənc intellektuallarının iştirakı ilə Şəmkir, Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən rayonlarının gənc intellektuallarının iştirakı ilə Quba turniri keçiriləcək. Bu barədə məlumat "OLAYLAR"-a "İRƏLİ" İctimai Birliyindən daxil olub. Bildirilib ki, açılış mərasimindən sonra 4 intellektual oyun ("Xəmsə", "Nə? Harada? Nə zaman?", "Axtar-tap", "VətəniTanı") oyunlarına start veriləcək və qalib gələn komandalar Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanacaqlar. Sonda turnirin bütün iştirakçıları şəhadətnamə ilə təltif ediləcəkdir.
Qeyd edək ki, gənclərin bilik və bacarıqlarını qiymətləndirəcək və onların intellektual fəaliyyətinə yardımçı olacaq layihənin birinci mərhələsində iqtisadi rayonlar üzrə seçim turları, ikinci mərhələdə isə yekun final yarışlarının keçirilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi və "İRƏLİ" İctimai Birliyi tərəfindən keçirilir.