Nazir: “MKS-ların tam özəlləşdirilməsi mümkündür”
“Büdcədən Mənzil-Kommunal Sahələrinə ayrılan xərclər o qədər də yüksək deyil. Büdcədən bu sahəyə ayrılan vəsaitin böyük hissəsi, yəni 40%-i Mənzil-Kommunal Sahələrdə çalışanların əmək haqqının ödənilməsinə yönəlir. Digər tərəfdən, bu vəsaitdən yaşıllıqların salınması, tullantıların daşınması və s. istifadə olunur. Lakin bu sahəni özəlləşdirmək o demək deyil ki, hökumət bu xərclər üzrə qazanır”.
2 Dekabr 2016 15:15 Sosial"Büdcədən Mənzil-Kommunal Sahələrinə ayrılan xərclər o qədər də yüksək deyil. Büdcədən bu sahəyə ayrılan vəsaitin böyük hissəsi, yəni 40%-i Mənzil-Kommunal Sahələrdə çalışanların əmək haqqının ödənilməsinə yönəlir. Digər tərəfdən, bu vəsaitdən yaşıllıqların salınması, tullantıların daşınması və s. istifadə olunur. Lakin bu sahəni özəlləşdirmək o demək deyil ki, hökumət bu xərclər üzrə qazanır". "Olaylar" xəbər verir ki, bunu deyən maliyyə naziri Samir Şərifovun sözlərinə görə, həmin istismar xidmətlərin göstərilməsini hər hansı bir özəl şirkətlərə verilə bilər: "Hər hansı bir küçənin süpürülməsi ilə bağlı bir şirkətlə müqavilə bağlanılsa, siz həmin şirkətə pul ödəməli olacaqsınız. Şəhərlərin, rayonların işıqlandırılması xərcləri, bütün bu xərclər həmin bu maddə üzrə maliyyələşdirilir. Ona görə də, mən hesab edirəm ki, bu xərclərin ixtisar edilməsi çətin olar".