Futbolçuların öldüyü təyyarə qəzasının ŞOK TƏFƏRRÜATI

Bu həftənin əvvəlində Kolumbiyanın Medelyin şəhəri yaxınlarında dağ yamacına çırpılaraq qəzaya uğrayan təyyarə ilə bağlı yeni məlumatlar ortaya çıxıb.

Bu həftənin əvvəlində Kolumbiyanın Medelyin şəhəri yaxınlarında dağ yamacına çırpılaraq qəzaya uğrayan təyyarə ilə bağlı yeni məlumatlar ortaya çıxıb. Təyyarənin yanacağı bitdiyi üçün qəzaya düşdüyü təsdiqlənib.

Braziliya qəzeti 54 yaşlı kapitan pilot Miqueli "Micky" Quiroga-nın Boqotada yanacaq doldura biləcəyini, ancaq birbaşa Medelyinə getməyi tərcih etdiyini yazıb.
 
Britaniya istehsalı olan BAE 146 Avro RJ85 saylı təyyarə LaMianın tək işləyən təyyarəsi idi. Cəmi üç təyyarəsi olan şirkətin digər iki təyyarəsinin isə təmirdə olduğu deyilir.
 
Hadisədən sonra LaMia Hava Yollarının lisenziyası da ləğv edilib. 
 
Qeyd edək ki, qəzada Braziliyanın "Chapecoence" komandasının demək olar ki, bütün üzvləri həlak olmuşdu.  Lent.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31