Rusiyanın Azərbaycandakı “5-ci kolonu” fəaliyyətdə

Moskvanın Ermənistanla hərbi birlik yaratmaq istəyi, yaxud Kremlə qarşı çıxanların hədəfə alınması Rusiya hökumətinin Ermənistanla hərbi birlik yaratmaq barədə verdiyi qərar və işğalçı ölkənin silahlandırılması istiqamətində nümayiş etdirdiyi fəallıq Azərbaycan ictimaiyyətində ciddi etirazlara səbəb olub. Əksər siyasi partiyalar, ictimai təşkilatlar, eləcə də bir sıra millət vəkilləri rəsmi Moskvanın belə bir addım atmasını kəskin şəkildə pisləyiblər. Amma maraqlı məqam ondan ibarətdir ki, Rusiyanın Ermənistanla hərbi birlik yaratmaq istiqamətində apardığı işi haqlı olaraq tənqid edənlər, Moskvanı bu addımdan çəkindirmiyə çalışanlarla yanaşı, qeyd edilən məsələdə bir qədər səbrli mövqe nümayiş etdirənlər də var. Hətta Rusiyanı tənqid edənləri qınayanlar da mövcuddur. Elə bu amil Azərbaycanda siyasilər arasında müəyyən ziddiyyət yaradıb.

Moskvanın Ermənistanla hərbi birlik yaratmaq istəyi, yaxud Kremlə qarşı çıxanların hədəfə alınması

Rusiya hökumətinin Ermənistanla hərbi birlik yaratmaq barədə verdiyi qərar və işğalçı ölkənin silahlandırılması istiqamətində nümayiş etdirdiyi fəallıq Azərbaycan ictimaiyyətində ciddi etirazlara səbəb olub. Əksər siyasi partiyalar, ictimai təşkilatlar, eləcə də bir sıra millət vəkilləri rəsmi Moskvanın belə bir addım atmasını kəskin şəkildə pisləyiblər. Amma maraqlı məqam ondan ibarətdir ki, Rusiyanın Ermənistanla hərbi birlik yaratmaq istiqamətində apardığı işi haqlı olaraq tənqid edənlər, Moskvanı bu addımdan çəkindirmiyə çalışanlarla yanaşı, qeyd edilən məsələdə bir qədər səbrli mövqe nümayiş etdirənlər də var. Hətta Rusiyanı tənqid edənləri qınayanlar da mövcuddur. Elə bu amil Azərbaycanda siyasilər arasında müəyyən ziddiyyət yaradıb.

Məlumat üçün qeyd edək ki, Rusiyanın Azərbaycana qarşı təhdid xarakterli bu təxribatına etirazlar Milli Məclisdə millət vəkilləri tərəfindən də səsləndirilib. Rusiyanın işğalçılıq və imperiyaçılıq siyasətinə qarşı ən kəskin mövqeyi ilə tanınan Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev isə daha sərt mövqe ortaya qoyaraq, adekvat addımların və konkret tədbirlərin görülməsini təklif edib. Partiya sədrinin təklifləri ondan ibarət olub ki, Rusiyanın mövqeyi və yürütdüyü siyasətin mahiyyəti açıq şəkildə ortadadır və bunun qarşısını almaq üçün Azərbaycan NATO-ya tamhüquqlu üzvlüklə bağlı müraciət etməli və "Qars Müqaviləsi"-ni rəhbər tutaraq Naxçıvanda Türkiyənin hərbi bazasının yerləşdirilməsini təmin etməlidir. Eyni zamanda Ermənistanın-Azərbaycan müharibəsinin dinc yolla həllində vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupunda həmsədr olan Rusiyanın işğalçı tərəfə bu şəkildə hərbi-siyasi dəstəyin verməsinin yolverilməz olduğunu və Rusiyanın həmsədrlikdən uzaqlaşdırılmasının və Rusiya ilə münasibətlərə yenidən baxılmasının vacibliyini bildirib. Ancaq maraqlıdır ki, Fərəc Quliyevin bu sərt mövqeyi və tutarlı təklifləri Rusiyanın Azərbaycanda olan "5-ci kalonu"-nu dərhal hərəkətə keçməyə məcbur edib. Sözügedən şəbəkə ictimai rəyi yumşaltmaq və məsələnin mahiyyətini yalnış istiqamətdə izahlandırmaq üçün təbliğata başlayıb. Hətta, həmişə olduğu kimi, özlərini milli düşərgənin adamları olaraq təqdim edib, ən kritik məqamlarda əvvəl kommumunistlərin, sonra isə onları əvəz edərək Rusiyanın maraqlarını təmin edən "5-ci kolon"-un yanında yer alanlar müxtəlif açıqlamaları ilə Rusiyaya olan etirazların sifarişli olmasını belə dilə gətirirlər. Belə açıqlamalardan birini də bu günlərdə yerli mətbuata Qabil Hüseynli verib. O, daha da qabağa gedərək, Milli Məclisdə Rusiyanın Azərbaycana yönəlmiş təhdidinə qarşı çıxaraq adekvat addımların atılması ilə bağlı millət vəkillərinin hökumətə verdiyi təklifləri belə, sifarişli adlandırıb. Təbii ki, politoloqun bu fikirləri Milli Dirçəliş Hərəkatı Partiyasında da etiraz yaradıb. Partiya bəyan edib ki, millət vəkillərinin tutarlı təkliflərinə bu cür "sözardı" vermək, ictimai rəydə məsələni yumşaltmaq və mahiyyətini dəyişmək məqsədinin bir hissəsidir. Partiya hesab edir ki, ad çəkilməsə də belə, umumi müraciətlə, həyatını Azərbaycanın müstəqilliyi, ərazi bütovlüyü və inkişafına həsr etmiş insanları da bir çərçivəyə salıb sifarişli işləyənlər kimi təqdim etmək, eyni zamanda bu cür insanların mövqeyini ictimai rəydə aşağı salmaq məqsədi güdür ki, bunun da hansı qüvvələrin maraq dairəsində olması bəllidir. Milli Məclisdə Rusiyayanın Azərbaycana qarşı olan son hərbi addımlarına sərt etiraz edən müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Fərəc Quliyev, Sovet İmperiyasına qarşı başlanmış Azərbaycan Milli Azadlıq Hərəkatının və Sərhəd Hərəkatının liderlərindən biri, Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını hazırlayan 3 nəfərdən və onun leyhinə səs verən 43 istiqlalçı deputatdan biri, Azərbaycanın ərazi bütövlüyü uğrunda cəbhədə döyüşərək, Rusiya hərbiçilərinə qarşı uğurlu hərbi əməliyyatları ilə prezident tərəfindən milli qəhrəman adına layiq görülmüş və bu addan imtina etmiş, dönməz siyasi mövqeyinə görə 7 il həbsdə qalmış və azadlığa çıxdıqdan sonra isə sərgilədiyi siyasətdə və millət vəkili kimi fəaliyyətində daim milli maraqları rəhbər tutmuş və Rusiyanın ölkəmizə qarşı yürütdüyü siyasətə qarşı daim mübarizə aparmışdır. Fərəc Quliyevin təkcə Rusiyanın Ermənistana verdiyi hərbi dəstəyə qarşı olan və beynəlxalq tədbirlərdə ifşaedici çıxışlarını toplasaq belə bir neçə yüz səhifəlik kitab çap etmək olar. Təbii ki, belə liderə qarşı imperiya nökərlərinin apardığı təbliğat səngiməz və verdiyi təkliflər də onların ağalarında narahatlıq doğurar.

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31