Deputat gəlirsiz müəssisələrin özəlləşdirilməsini təklif edir 

“Bu gün büdcədə bir sıra dövlət müəssislərindən büdcəyə daxilolmaların həcminin 5-6 milyon manat civarında göstərilib. Bu isə yetərincə aşağı göstəricidir”.

"Bu gün büdcədə bir sıra dövlət müəssislərindən büdcəyə daxilolmaların həcminin 5-6 milyon manat civarında göstərilib. Bu isə yetərincə aşağı göstəricidir". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Cavanşir Feyziyev parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, Beynəlxalq münasibətlər və parlamentlərarası, İnsan hüquqları, Regional məsələlər, İdman və gənclər komitəsinin birgə iclasında növbəti ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib. Onun sözlərinə görə, bu gün elə kiçik firmalar var ki, illik gəliri 5-6 milyon manat civarındadır: "Əgər bu dövlət müəssisələri belə az gəlir gətirirsə, onlar mütləq özəlləşməyə çıxarılmalıdır və daha effektli idarəetməyə nail olunmalıdır. Bununla həm də büdcə gəlirlərinə qənaət etmiş olarıq". Deputat onu da əlavə edib ki, bu gün hökumət kəndlinin özü-özünü dolandırmasına şərait yaratmalıdır: "Bunun üçün ilk olaraq kəndli üçün infrastruktur şəraiti yaxşılaşdırmaq lazımdır. Onu elektrik enerji, yanacaqa və su ilə təmin etməlidir. Əgər belə olarsa, o zaman kəndlinin ünvanlı sosial yardım da ehtiyac qalmayacaq". 
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31