Azərbaycanlını döyüb, 630 mini oğurladılar

Ötən gün Sankt-Peterburqun Primorsk rayonunda cinayətkarlar avtomobil mərkəzinin menecerindən 630 min rubl oğurlayıblar.  Məlumata əsasən, 41 yaşlı azərbaycanlıya qarşı hücum axşam saatlarında, təxminən 22:15 radələrində Kolomyajsk prospektində, bina 20-nin qarşısında baş verib. 

Burada naməlum şəxslər həmyerlimizi döyərək içərisində 630 000 min rubl və pasport olan çantasını oğurlayıblar. 

Həmyerlimiz qapalı kəllə-beyin travması və sağ gözün kontuziyası diaqnozları ilə şəhər xəstəxanasına çatdırılıb.  Rusiya polisi faktla bağlı araşdırmalara başlayıb. Bu barədə azvision.az Rusiya KİV-nə istinadən xəbər verir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31