Rusiyanın Azərbaycandakı “5-ci kolon”u möhkəmlənir

Rusiyanın ölkəmizdə fəaliyyət göstərən "5-ci kolonu"günü-gündən möhkəmlənməkdədir. “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən politoloq Məhəmməd Əsəsdullazadə deyib ki, bu qüvvələr Rusiyanın Ermənistanı hərbiləşdirməsinə susqunluq nümayiş etdirirlər:

Rusiyanın ölkəmizdə fəaliyyət göstərən "5-ci kolonu"günü-gündən möhkəmlənməkdədir. "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən politoloq Məhəmməd Əsədullazadə deyib ki, bu qüvvələr Rusiyanın Ermənistanı hərbiləşdirməsinə susqunluq nümayiş etdirirlər: "Hətta Rusiya ilə sıx əməkdaşlıqda daha da fəallıq göstərirlər. Proseslər o, səviyyəyə gəlib ki,Rusiyanın hərbi kontingentinin ölkəmizdə yerləşməsinə münbit zəmin yaradırlar". Politoloq deyib ki, NATO ilə əlaqlərin zəifləməsi, ordunun NATO standartları səviyyəsinə qaldırılmasının qarşısın alınması, Türkiyə hərbçilərinin hərbi məktəblərdən uzaqlaşdırılmasında məhz "5-ci kolon"un rolu olub: "Hazırda Azərbaycan kursantları,Türkiyə deyil, Rusiya hərbi akademiyalarına tədris keçmək üçün göndərilir. Bu siyasət ölkəmizin silahlı qüvvələrində Rusiyaya bağlı kadrların olması deməkdir. Rusiyada hərbi təhsil alanlar birbaşa Rusiya hərbi kəşfiyyatına (QRU) bağlı olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31