Qanunsuz tikililərin sökülməsinin üçüncü mərhələsinə başlanılıb
Moskva şəhər rəhbərliyi qanunsuz tikililərin sökülməsinin üçüncü mərhələsinə başlayıb. Bu barədə Rusiyanın Daşınmaz Əmlakların İstifadəsinə Nəzarət üzrə Dövlət Müfəttişliyi məlumat yayıb.
2 Dekabr 2016 14:03 DünyaMoskva şəhər rəhbərliyi qanunsuz tikililərin sökülməsinin üçüncü mərhələsinə başlayıb. Bu barədə Rusiyanın Daşınmaz Əmlakların İstifadəsinə Nəzarət üzrə Dövlət Müfəttişliyi məlumat yayıb.
Siyahıya daxil olan 43 tikilidən 4-ü söküləcək, digərlərinin sahibləri isə söküntü işlərini könüllü şəkildə həyata keçirəcəklər. Məcburi sökülmə prosesi dekabrın 5-də başlayacaq.
Qanunsuz tikililərin sökülməsi ilə bağlı üçüncü siyahı oktyabrın 4-də təsdiq edilib. İlk kütləvi söküntü fevralın 9-da reallaşıb. Həmin vaxt 104 qanunsuz obyekt dağıdılıb. Avqustun 29-da keçirilən ikinci mərhələdə isə 107 obyekt sökülüb. İkinci mərhələ Rusiya paytaxtında metro stansiyaları ətrafında yerləşən ticarət və xidmət obyektlərinə şamil olunub. Həmin obyektlərin sahibləri arasında azərbaycanlılar da var. Apa.az