Görünməmiş vəhşilik: 650 min insan əzabla ölə bilər

"İraq və Şam İslam Dövləti" (İŞİD) misli görünməmiş qəddarlığı, cəlladlığı ilə tanınsa da, yeni vəhşiliyə əl atıb. Terror təşkilatı hələ də əlində saxladığı Mosul şəhərinin içməli su sistemini darmadağın edib.

"İraq və Şam İslam Dövləti" (İŞİD) misli görünməmiş qəddarlığı, cəlladlığı ilə tanınsa da, yeni vəhşiliyə əl atıb. Terror təşkilatı hələ də əlində saxladığı Mosul şəhərinin içməli su sistemini darmadağın edib. İraqın Nineviya vilayətindəki Mosul şəhəri 2014-cü ildən bəri İŞİD-in nəzarətindədir.

Şəhərin terrorçulardan azad olunması üçün döyüşlər gedir.

İŞİD Mosulun "müdafiəsini gücləndirmək" adı ilə şəhərin içməli su sistemini darmadağın edib. Nəticədə 650 min insan içməli sudan məhrum olub.

Üstəlik, İŞİD terrorçuları sakinlərin şəhərdən qaçmalarının qarşısını almaq üçün cəza tədbirlərinə başlayıblar. Mosulda kütləvi edamların sayı dəfələrlə atıb.

Milli.Az Al Arabiya-ya istinadən bildirir ki, srağagün isə terrorçular 15 uşağı "şəhərdən qaçmağa, xəyanət etməyə cəhd"ə görə güllələyiblər. Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31