Şikayət təmin edilməyib

Bakı Apellyasiya Məhkəməsində "Azərbaycan "Coca-Cola" Bottlers Limited" MMC-nin Azərbaycan Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinə qarşı məhkəmə qərarından verdiyi apellyasiya şikayətinə baxılıb.

Hakim Həmid Həmidovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, "Coca-Cola"nın apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, "Azərbaycan "Coca-Cola" Bottlers Limited" MMC Azərbaycan Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentini məhkəməyə verib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən "Coca-Cola" qərarların ləğv edilməsi barədə tələb irəli sürüb.
Məhkəmə iddianı təmin etməyib. Qərardan narazı qalan "Azərbaycan "Coca-Cola" Bottlers Limited" MMC apellyasiya şikayəti verib. Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31