Qızıl mədənində atışma: yaralılar var

Ermənistanda qızıl mədənində atışma olub. Gecə baş verən silahlı qarşıdurma nəticəsində təhlükəsizlik xidmətinin bir əməkdaşı yaralanıb.

Ermənistanda qızıl mədənində atışma olub. Gecə baş verən silahlı qarşıdurma nəticəsində təhlükəsizlik xidmətinin bir əməkdaşı yaralanıb.
Məlumata görə, 31 yaşlı kişi gecəyarısı mədənin ərazisinə girməyə cəhd göstərib. Mühafizəçilər onun qarşısını almağa çalışıblar. Bu zaman həmin şəxs atəş açıb.
Polis silahlı basqını törədən Vardenis rayonunun 31 yaşlı sakinini saxlayıb.
Faktla bağlı araşdırma aparılır. Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31