Gündəm

7500-ə yaxın müəllimin diaqnostik qiymətləndirilməsi keçirilir

2 Dekabr 2016 11:48

Dekabrın 2-də Göygöldə müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin keçirilməsinə başlanılıb. Təhsil Nazirliyinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, Şəmkir, Gədəbəy, Samux və Daşkəsən rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlər də Göygöldə imtahan verəcək. İmtahanlar 3 gün davam edəcək. Göygöl Olimpiya İdman Kompleksində keçirilən diaqnostik qiymətləndirmədə 7500 nəfərədək müəllim iştirak edəcək.

Cəbhə xəttində atəşkəsin pozulması halları artır

2 Dekabr 2016 11:47

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 56 dəfə pozub. Ermənistan Respublikası İcevan rayonunun Paravakar, Noyemberyan rayonunun Dovex kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində, Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə və Kəmərli kəndində, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Ağbulaq kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Arda Turanla bağlı şok  iddia

2 Dekabr 2016 11:41

Türkiyə millisinin və İspaniyanın "Barselona" klubunun futbolçusu Arda Turan barədə növbəti məlumatlar dərc olunub.

Qəzada ölən aktyorla bağlı ŞOK MƏLUMAT

2 Dekabr 2016 11:39

Ölümündən sonra ortaya çıxdı Mərhum aktyor Erdal Tosun ailəsi, sənət dostları və sevənləri tərəfindən son mənzilə yola salınıb.

Türkiyə parlamenti "Türk axını" üzrə sazişi təsdiq etdi

2 Dekabr 2016 11:36

Türkiyə parlamenti Rusiya ilə "Türk axını" qaz boru kəmərinin tikintisi layihəsi haqqında sazişi təsdiq edib. Sənədin təsdiq edilməsinin lehinə 210 deputat səs verib, 7-si əleyhinə olub, 6 deputat isə bitərəf qalıb.

Əl çantasından “beşbarmaq” çıxdı

2 Dekabr 2016 11:34

Balakən Gömrük İdarəsinin “Mazımçay” gömrük postunda Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının əl çantasına gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən verilən məlumata görə, baxış zamanı həmin çantada gömrük orqanına bəyan olunmayan 1 ədəd “beşbarmaq” aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

“Dələduz” müəllim bəraət aldı

2 Dekabr 2016 11:33

Dekabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Şahzadə Rüstəmovun cinayət işi üzrə məhkəmə başa çatıb. Məlumata görə, məhkəmənin hökmü ilə onun barəsində bəraət hökmü çıxarılıb. Qeyd edək ki, məktəblərdən birində müəllim işləyən Ş. Rüstəmov dələduzluqda ittiham edilib. İstintaq dövründə onun barəsində başqa yerə getməmə qətimkan tədbiri seçilib.

"AzInTelecom"un sabiq rəhbərinin 1,3 milyonluq evi həbs altında

2 Dekabr 2016 11:32

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) tabeliyində olan "AzInTelecom" MMC-nin həbsdə olan sabiq baş direktoru Cəlil Cəfərovun ofis və mənzilindən külli miqdarda pul və qızıl əşyalar aşkarlanıb.

Müdafiə Nazirliyi: Erməni silahlı bölmələrinin təxribatlarının qarşısı qətiyyətlə alınır

2 Dekabr 2016 11:28

Azərbaycan Müdafiə Nazirliyi yerli KİV-lərdə cəbhə bölgəsində düşmənlə təmas xəttində gərginliyin yaranması, döyüşlərin getməsi, Ermənistan silahlı birləşmələri tərəfindən ölən və yaralananların olması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Öldürülən terrorçuların kimliyi hər kəsi çaş-baş saldı

2 Dekabr 2016 11:26

Münbiçdə türk döyüş təyyarələrinin YPG hədəflərinə endirdiyi hava zərbələri zamanı ölən iki terrorçunun hansı ölkənin vətəndaşları olduğu məlum olub.

"Ölü" nəzarətçidən yorğan istədi

2 Dekabr 2016 11:21

25 yaşında əslən Polşadan olan Kamil adındakı gənc həddindən çox qəbul etdiyi spirtli içkidən sonra özünü morqda, yarıçılpaq yatarkən tapıb.

"6 aydır yalnızam"

2 Dekabr 2016 11:18

Türkiyəli tanınmış müğənni Seren Serengil Sait Halimpaşa Sahilində təşkil edilən tədbirdə podiuma çıxıb.

Bütün nazirliklərdə kütləvi ixtisarlar olacaq

2 Dekabr 2016 11:15

Ermənistanın bütün nazirliklərində çalışan kadrların ən azı 20 faizi ixtisar olunacaq. Bunu Ermənistanın baş naziri Karen Karapetyan bildirib.

"YouTube"da çoxdan gözlənilən YENİLİK

1 Dekabr 2016 20:45

"Google" şirkəti YouTube-da 4K formatında canlı yayımları aktiv etdiyini bildirdi. Bununla belə 4K rejimində canlı yayım həm adi videolar üçün, həm də 360 dərəcə panoram videolar üçün aktiv olacaq. 4K rejimli ilk canlı yayım isə bu gün gecə The Game Awards 2016 tədbirinin YouTube-dakı video yayımı olacaq.

Mendeleyev cədvəlində 4 yeni element

1 Dekabr 2016 20:30

Beynəlxalq Nəzəri və Tətbiqi Kimya İttifaqı Mendeleyevin dövri cədvəlinə daxil edilən 4 yeni elementin adını və işarəsini təsdiqləyib.