Mendeleyev cədvəlində 4 yeni element

Beynəlxalq Nəzəri və Tətbiqi Kimya İttifaqı Mendeleyevin dövri cədvəlinə daxil edilən 4 yeni elementin adını və işarəsini təsdiqləyib.

Beynəlxalq Nəzəri və Tətbiqi Kimya İttifaqı Mendeleyevin dövri cədvəlinə daxil edilən 4 yeni elementin adını və işarəsini təsdiqləyib.

Bu barədə İttifaqın rəsmi saytına məlumat yayılıb.

"115 nömrəsinin altında verilən "Moskoviem" adlandırılan element "Ms" simvolu ilə ifadə edilib. 113-cü element Nixoniem (Nh), 117-ci - Tennessinom (Ts), 118-ci element Oqanesson (Og) adını alacaq.

Rusiya, ABŞ və Yaponiyadakı alimlər tərəfindən kəşf edilən dörd super-ağır kimyəvi element mütəxəssislər tərəfindən yoxlanıldıqdan sonra rəsmi olaraq cədvəldəki yerini alıb. Onların adlandırılması zamanı yer və ya ölkə, obraz və ya elm insanlarının adlarına əsaslanıblar.

115-ci element-Ms Moskvalıların, 117-ci element Ts isə Tennesi ştatının şərəfinə adlandırılıb. 113-cü element isə Yapon alimləri tərəfindən kəşf edildilib. O Nixoniem adlandırılıb-yapon mənasını ifadə edir.

Qeyd edək ki, bu dörd element bu ilin yanvar ayında kəşf edilsə də, cədvələ salınması təsdiqlənməmişdi. Publika.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31