Metropoliten yeni kollektiv müqavilə imzalayıb

Metropolitendə əmək münasibətlərini tənzimləyən yeni kollektiv müqavilə imzalanıb. “OLAYLAR”-ın Səhmdar Cəmiyyətin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, işəgötürənlə əmək kollektivi və ya həmkarlar ittifaqı təşkilatı arasında yazılı formada bağlanan kollektiv müqavilə istənilən müəssisənin, sahibkarın onun işçiləri ilə münasibətlərini tənzimləyən ən əhəmiyyətli və qanuni qüvvəsi olan həlledici sənəd hesab olunur.

Metropolitendə əmək münasibətlərini tənzimləyən yeni kollektiv müqavilə imzalanıb. "OLAYLAR"-ın Səhmdar Cəmiyyətin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, işəgötürənlə əmək kollektivi və ya həmkarlar ittifaqı təşkilatı arasında yazılı formada bağlanan kollektiv müqavilə istənilən müəssisənin, sahibkarın onun işçiləri ilə münasibətlərini tənzimləyən ən əhəmiyyətli və qanuni qüvvəsi olan həlledici sənəd hesab olunur. Bakı metropolitenində bağlanmış kollektiv müqavilənin müddəti başa çatdığı üçün, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq, yeni müqavilənin layihəsi hazırlanaraq, kollektivin və rəhbərliyin müzakirəsinə çıxarılıb. Avqust ayında Metropoliten İşçiləri Həmkarlar İttifaqının (MİHİ) İcraiyyə Komitəsinin iclası yeni kollektiv müqavilənin layihəsinin hazırlanması ilə əlaqədar qərar verərək, işçi komissiya yaradaraq, onun tərkibinə nümayəndələrini seçmişdi. Qanunvericiliyə görə, qərar "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynova rəsmi məktubla göndərilərək, növbəti 10 gün müddətində işəgötürənin də təyin etdiyi nümayəndələrin iştirakı ilə bərabərsaylı komissiya (işçi qrupu) fəaliyyətə başlamışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31