Çexiya parlamentinin vitse-spikeri və sənaye naziri Bakıya gələcəklər
Çexiya parlamentinin vitse-spikeri Voytex Filip Bakıya gələcək. Çexiyanın Azərbaycandakı səfiri Vitezslav Pivonka bildirib ki, o, GUAM Parlament Assambleyasının işində iştirak edəcək.
2 Dekabr 2016 12:30 SiyasətÇexiya parlamentinin vitse-spikeri Voytex Filip Bakıya gələcək.
Çexiyanın Azərbaycandakı səfiri Vitezslav Pivonka bildirib ki, o, GUAM Parlament Assambleyasının işində iştirak edəcək.
Diplomatın sözlərinə görə, səfər 14-16 dekabr tarixlərində baş tutacaq.
V.Pivonka qeyd edib ki, fevralın əvvəlində Bakıda hökumətlərarası komissiyanın növbəti iclası keçiriləcək. Bununla əlaqədar Çexiyanın sənaye və ticarət naziri Yan Mladek Azərbaycana səfər edəcək:
"Biz Azərbaycan və Çexiya Energetika nazirlikləri arasında əməkdaşlıq haqqında memorandum hazırlamışıq. Yekun sənəd hazırdır. Gələn ilin əvvəlində iki ölkənin energetika nazirləri tərəfindən bu sənədin imzalanacağı gözlənilir". Trend