Gündəm

9200 ədəd pirotexniki vasitələr aşkarlanıb

19 Dekabr 2016 12:22

Tovuz Gömrük İdarəsinin Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında Gürcüstan Respublikasından Azərbaycana gələn, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə “Sınıq Körpü” gömrük postunun idxal nəzarət zonasında gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yoxlama zamanı avtomobilin gizli saxlanc yerlərindən gömrük nəzarətinə bəyan edilməyən 9200 ədəd pirotexniki vasitələr aşkar olunub. Faktla bağlı araşdırma aparılır.

Yuyucu tozun içərisindən mobil telefon aşkar edildi

19 Dekabr 2016 12:20

Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük baxışı keçirilib.

Bayram yarmarkalarının ünvanları açıqlanıb

19 Dekabr 2016 12:20

Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il bayramı ilə əlaqədar Bakı və Sumqayıt şəhərlərinin əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının daha dolğun ödənilməsi və istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının, möhtəkirliyin qarşısının alınması məqsədi ilə 24-31 dekabr 2016-cı il tarixlərində fasiləsiz olaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının keçirilməsi nəzərdə tutulub.

Əkbər Qoşalı Makedoniyaya gedir

19 Dekabr 2016 12:19

Qeyd edək ki, 21 dekabr taxrixi 1944-cü ildə Makedoniya türklərinin türkcə təhsil haqlarını qazandığı gün olaraq qəbul edilmişdir. Bu anlamlı günün bayram olaraq qutlanmasına yönəlik cəhdlər sonucunda, 15 fevral 2007-ci ildə Makedoniya rəsmi qəzetində yayınlanan qərar ilə 21 dekabr günü, Makedoniya türkərinin milli bayramı olaraq qutlanmağa başlanmışdır.

AXCP-Müsavat qarşıdurması bolşevik-meşevik savaşını xatırladır- TƏRS BAXIŞ+ANALİZ

19 Dekabr 2016 12:17

Artıq uzun illərdir ki, davam edən AXCP-Müsavat savaşının nə zamansa başa çatacağı kimsəyə inandırıcı görünmür. Çünki ortada olan və reallaşdırıla bilinməyən iddialar buna imkan verməməkdədir. Hətta bu gün dünyanın müasir və inkişaf edən siyasi arenasında bu kimi partiyaların fəaliyyət göstərməsi, daha dəqiq desək, “fəaliyyət göstərmək” adı altında yalnız fərdi maraqlara xidmət etməsi onların aşkar simalarını ifşa edir. Bu ifşa isə artıq belə bir nəticəyə gəlməyə imkan yaradır ki, hələ ötən əsrin ikinci onilliyi zamanı bolşevizm ideologiyası ilə menşeviklik arasındakı cərəyan edən hadisələrin inikasını, əksini cəbhəçilərlə müsavatçılarda görmək elə də çətinlik yaratmır.

"12 illik təhsil uşaqların yükünü azaldacaq"

19 Dekabr 2016 12:15

“Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən "Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"ndə təhsillə bağlı bir çox müddəalar var ki,onların hər biri  təhsil siteminin inkişafı üçün çox əhəmiyyətlidir”. Bunu  açıqlamasında təhsil-eksperti Şahlar Əsgərov deyib.

Ronaldu tarixə düşdü

19 Dekabr 2016 12:13

"Real"ın futbolçusu Kriştianu Ronaldu növbəti dəfə tarixə düşüb. Portuqalulduz buna klublararası dünya çempionatının finalında Yaponiyanın "Kashima Antlers" klubuyla oyunda nail olub.

Yeniyetmə güləşçilər Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıdıb

19 Dekabr 2016 12:11

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib. AGF-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Ruslan Şəmilovun (Azəri İK) rəhbərliyi altında yarışda iştirak edən güləşçilərimiz 1 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıb. Qızıl medalı yığmamıza 63 kq çəkidə mübarizə aparan Hacımurad Hacıyev qazandırıb. Bütün rəqiblərini məğlub edən təmsilçimiz finalda Xasavyurt güləş məktəbinin yetirməsi Kazbek Heydərovdan üstün olub. Gümüş medallar isə yalnız final görüşündə uduzan Məhəmmədsaleh Abakarov (42 kq) və Ramiz Həsənovun (50 kq) payına düşüb. Bürünc medalları isə 76 kq çəki dərəcəsində mübarizə aparan İslam Əliyev və Abdulmuslim Mamedov qazanıb. Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı təmsil edib.

Ermənilər 33 dəfə atəşkəsi pozub

19 Dekabr 2016 12:09

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 33 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqelərimiz atəşə tutulub. İşğal altında olan Tərtər rayonunun Göyarx, Çiləbürt, Ağdam rayonunun Cəvahirli, Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Estoniyada piylənməyə qarşı mübarizə: Şəkərli içkilərə vergi tətbiq ediləcək

19 Dekabr 2016 11:49

Estoniya Dünya Səhiyyə Təşkilatına (DST) bildirib ki, bu ölkədə piylənməyə qarşı mübarizə məqsədilə şəkər istehlakının azaldılması planlaşdırılır. Bu istiqamətdə ilk addımlardan biri kimi, 2018-ci ildən etibarən şəkərli içkilərə vergi tətbiq ediləcək. BMT-nin Xəbərlər Mərkəzi bildirir ki, bu təşəbbüs Estoniya büdcəsinə hər il 24 milyon avro vəsait daxil olmasını təmin edəcək, şəkərlə kalori istehlakını azaldacaq və beləliklə, piylənmə göstəricilərini azalmağa, ağız boşluğunu sağlamlaşdırmağa kömək edəcək. Hazırda Estoniyanın bütün sakinlərinin təqribən yarısı və məktəb yaşlı uşaqların 28 faizi artıq çəkidən əziyyət çəkir.

“Münaqişənin sülh yolu ilə həlli Ermənistan cəmiyyətinin istəyini ifadə edir” 

19 Dekabr 2016 11:47

“Levon Ter-Petrosyanın liderlik etdiyi Milli Konqresin qurultayındakı çıxışı indiki Ermənistan rəhbərliyinin iddilarına tamamilə ziddiyət təşkil edən yanaşmadır. Onun Dağlıq Qarabağ münqaişəsinin sülh yolu ilə həlli haqda danışıqları Serj Sarkisyanın əməlləri ilə düz gəlmir. 1998-ci ildə də münaqişədə prosesin irəliləməsi istiqamətində bir sıra addım atıldı və orada iştirak edən insanlar parlamentdə güllə-baran edildi, qətlə yetrildilər. Həmin anda Ermənistan cəmiyyətində məqsədyönlü şəkildə  xof əmələ gətirildi və prsoesin irəli aparılmasına imkan verilmədi”. Bunu  açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

“Vergiyə nəzarət mexanizmi stimullaşdırıcı olmalıdır”-  RƏY

19 Dekabr 2016 11:45

“Ümumiyyətlə, inkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq görərik ki, onlarda vergi dərəcələri elə müəyyənləşir ki, xidmət peşə sahibləri vergidən yayınmaqda maraqlı olmasınlar. Məncə Azərbaycanda bu təcrübədən istifadə edilməsinə ehtiyac var və vergi Məcəlləsinə edilən dəyişiklik də buna hesablanıb”. Bunu açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Suriyada təxliyyə problemi- AVTOBUSLAR YANDIRILIB

19 Dekabr 2016 11:44

Suriyanın İdlib şəhərində hökumət güclərinin nəzarəti altında olan və mülki vətəndaşların təxliyyəsi üçün ayrılmış bir neçə avtobus silahlılar tərəfindən atəşə məruz qalıb.Bu barədə BBC hadisə baş verən yerdəki mənbələrinə istinadən məlumat yayıb.

Messi ilin ən yaxşı bombardiridir

19 Dekabr 2016 11:41

Avropanın 5 ən böyük liqasının futbolçuları arasında bütün yarışlarda 2016-cı ildə ən çox qol vuran oyunçu müəyyənləşib.  "Barselona"nın hücumçusu Lionel Messi bu ilin bombardiri olub.La Liqanın 16-cı  turunda "Espanyol"la görüşdə fərqlənən argentinalı oyunçu bu il vurduğu qolların sayını  51-ə çatdırıb və ən yaxşı bombardir olub. Qol.az

Demet və Muradın Bakı qalmaqalı

19 Dekabr 2016 11:40

31 dekabrda konsert vermək üçün Bakıya gəlməyə hazırlaşan Demet Akalın və Murad Dalkılıçarasında problem yaranıb. Məlumata görə, Yeni il axşamı Bakıda və İstanbulda konsertləri olan sənətçilər birlikdə təyyarə kirayələməyə qərar veriblər. Lakin Murad Bakıya həyat yoldaşı Merve Boluğur və ailəsini də gətirmək istədiyi üçün Demetlə arasında mübahisə yaranıb.