Demet və Muradın Bakı qalmaqalı
31 dekabrda konsert vermək üçün Bakıya gəlməyə hazırlaşan Demet Akalın və Murad Dalkılıçarasında problem yaranıb. Məlumata görə, Yeni il axşamı Bakıda və İstanbulda konsertləri olan sənətçilər birlikdə təyyarə kirayələməyə qərar veriblər. Lakin Murad Bakıya həyat yoldaşı Merve Boluğur və ailəsini də gətirmək istədiyi üçün Demetlə arasında mübahisə yaranıb.
19 Dekabr 2016 11:40 Dünya31 dekabrda konsert vermək üçün Bakıya gəlməyə hazırlaşan Demet Akalın və Murad Dalkılıçarasında problem yaranıb. Məlumata görə, Yeni il axşamı Bakıda və İstanbulda konsertləri olan sənətçilər birlikdə təyyarə kirayələməyə qərar veriblər. Lakin Murad Bakıya həyat yoldaşı Merve Boluğur və ailəsini də gətirmək istədiyi üçün Demetlə arasında mübahisə yaranıb.
Təyyarədə dincəlmək istədiyini bildirən Demet bundan sonra Muradla birgə getməkdən imtina edib. O, İstanbuldakı konsertinə çata bilmək üçün ayrıca təyyarə sifariş edib.
M.Dalkılıç üçün xüsusi təyyarəni isə onun İstanbuldakı konsertini təşkil edən şirkət ayırıb.
Qeyd edək ki, D.Akalın Bakıdakı 1 saatlıq çıxışı üçün 250 min lirə (təxminən 125 min manat) qonorar alacaq. Axşam.az