Əkbər Qoşalı Makedoniyaya gedir

Qeyd edək ki, 21 dekabr taxrixi 1944-cü ildə Makedoniya türklərinin türkcə təhsil haqlarını qazandığı gün olaraq qəbul edilmişdir. Bu anlamlı günün bayram olaraq qutlanmasına yönəlik cəhdlər sonucunda, 15 fevral 2007-ci ildə Makedoniya rəsmi qəzetində yayınlanan qərar ilə 21 dekabr günü, Makedoniya türkərinin milli bayramı olaraq qutlanmağa başlanmışdır.

O, "Yəhya Kamal Bayatlı" Türkcə Şeir Şölənində çıxış edəcək

Qeyd edək ki, 21 dekabr taxrixi 1944-cü ildə Makedoniya türklərinin türkcə təhsil haqlarını qazandığı gün olaraq qəbul edilmişdir. Bu anlamlı günün bayram olaraq qutlanmasına yönəlik cəhdlər sonucunda, 15 fevral 2007-ci ildə Makedoniya rəsmi qəzetində yayınlanan qərar ilə 21 dekabr günü, Makedoniya türkərinin milli bayramı olaraq qutlanmağa başlanmışdır.

21 dekabr - Türkcə Təhsil Günü qutlamaları, Makedoniyada çeşidli sahələrdə fəaliyyət göstərən 65-dən çox ictimai birliyin konfederativ quruluşu olan Makedoniya Türk QHT-ləri Birliyi (Makedoniya Türk Sivil Toplum Təşkilatları Birliyi - MATÜSİTEB) tərəfindən 2008-ci ildən bəri düzənlənməkdədir.

Bu çərçivədə, 20 dekabr 2016-cı ildə Makedoniyanın paytaxtı Skopyedə keçiriləcək "Yəhya Kamal Bayatlı" Türkcə Şeir Şölənində, Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İdarə Heyətinin üzvü, şair-publisist Əkbər Qoşalı da çıxış edəcək.

Səfər ayın 23-də başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31