Yuyucu tozun içərisindən mobil telefon aşkar edildi

Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük baxışı keçirilib.

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük baxışı keçirilib. Dövlət Gömrük KOmitəsindən verilən məlumata görə, baxış zamanı avtomobilin yük yerində olan yuyucu tozun içərisində, gömrük nəzarətindən gizlədilmiş halda 1 ədəd "Samsung Galaxy J7 Prime", 3 ədəd "Samsung Galaxy J5", 1 ədəd "Samsung Galaxy J3" və 1 ədəd "Samsung Galaxy J2" markalı mobil telefonlar, eyni zamanda, mobil telefonlara aid aksesuarlar - 21 ədəd USB kabel, 20 ədəd qidalandırıcı başlıq, 20 ədəd "qulaqcıq və 17 ədəd adapter aşkar edilərək götürülüb.Faktla bağlı araşdırma aparılır. 
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31