Yeniyetmə güləşçilər Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıdıb

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib. AGF-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Ruslan Şəmilovun (Azəri İK) rəhbərliyi altında yarışda iştirak edən güləşçilərimiz 1 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıb. Qızıl medalı yığmamıza 63 kq çəkidə mübarizə aparan Hacımurad Hacıyev qazandırıb. Bütün rəqiblərini məğlub edən təmsilçimiz finalda Xasavyurt güləş məktəbinin yetirməsi Kazbek Heydərovdan üstün olub. Gümüş medallar isə yalnız final görüşündə uduzan Məhəmmədsaleh Abakarov (42 kq) və Ramiz Həsənovun (50 kq) payına düşüb. Bürünc medalları isə 76 kq çəki dərəcəsində mübarizə aparan İslam Əliyev və Abdulmuslim Mamedov qazanıb. Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı təmsil edib.

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib. AGF-nin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Ruslan Şəmilovun (Azəri İK) rəhbərliyi altında yarışda iştirak edən güləşçilərimiz 1 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıb. Qızıl medalı yığmamıza 63 kq çəkidə mübarizə aparan Hacımurad Hacıyev qazandırıb. Bütün rəqiblərini məğlub edən təmsilçimiz finalda Xasavyurt güləş məktəbinin yetirməsi Kazbek Heydərovdan üstün olub. Gümüş medallar isə yalnız final görüşündə uduzan Məhəmmədsaleh Abakarov (42 kq) və Ramiz Həsənovun (50 kq) payına düşüb. Bürünc medalları isə 76 kq çəki dərəcəsində mübarizə aparan İslam Əliyev və Abdulmuslim Mamedov qazanıb. Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı təmsil edib.

    

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31