"12 illik təhsil uşaqların yükünü azaldacaq"

“Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən "Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"ndə təhsillə bağlı bir çox müddəalar var ki,onların hər biri  təhsil siteminin inkişafı üçün çox əhəmiyyətlidir”. Bunu  açıqlamasında təhsil-eksperti Şahlar Əsgərov deyib.

"Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən "Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"ndə təhsillə bağlı bir çox müddəalar var ki,onların hər biri  təhsil siteminin inkişafı üçün çox əhəmiyyətlidir". Bunu  açıqlamasında təhsil-eksperti Şahlar Əsgərov deyib.

Sənəddə nəzərdə tutulan məsələlərdən birinin mərhələli şəkildə 12 illik təhsil sisteminə keçidlə bağlı olduğunu xatırladan təhsil-eksperti qeyd edib ki, nə qədər ki, dövlət gəncin təhsilini öz boynuna götürürsə, bu hal müdafiə olunmalı və alqışlanmalıdır: "Əvvəllər təhsil 10, daha sonra 11 illik idi. Amma indi nəzərdə tutulan 12 illik təhsil sistemi bir çox problemlərin qarşısının alınmasına imkan yaradacaq. Düzdür, 10-15 il əvvəl bu təklifin əleyhinə idim. Çünki o zaman nə məktəblərimizin sayı, nə də şəraiti indiki kimi idi. Heç o zaman 11 illik təhsil üçün lazımı imkan və şərait də yox idi. Amma indi düşünürəm ki, 12 illik təhsil sisteminə keçidin zamanıdır".

Ekspert qeyd edib ki, yeni sistemə əsasən, 11 illə bölüşən proqramlar 12 il arasında bölüşdürüləcək ki, bu da uşaqların  dərs yükünün azalmasına gətirib çıxaracaq: "Belə olan halda, daha keyfiyyətli təhsil əldə etmək imkan yaranacaq. Bəzən uşaqlar dərslə həddindən artıq yüklənirlər ki, bu da onların dərsləri daha zəif qavramasına səbəb olur. Lakin yeni sistem ilə dərs proqramı 12 ilə bölünəcək və uşaqların yükü xeyli azalacaq".

Ş. Əsgərov əlavə edib ki, 12 illik təhsil sisteminə keçid həm də müəllimlər işlə təmin olunmasına böyük imkanlar açacaq: "12 illik təhsil sisteminə keçid məktəblərdə müəllimlərə olan tələbatı artıracaq. Belə ki dərslərin çoxalması müəllimlərin işə cəlb olunmasına  səbəb olacaq ki bu da işsizliyin aradan qaldırılmasında əhəmiyyətli olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31