Gündəm
Metal panel aşdı: 4 ölü var
Şanxayda anbarda metal panelin aşması nəticəsində 4 nəfər ölüb. Bu barədə RİA Novosti agentliyinə istinadən məlumat verir. Hadisə Puto rayonunda "Shanghai Zhongxin Stainless Steel" şirkətində baş verib. Məlumata görə, anbarın sahibi polis tərəfindən dindirilib.
Ayrı yaşadığı arvadını öldürdü, sonra polisi aldatdı
Türkiyənin İzmir şəhərinin Tire Mahalında həyat yoldaşı, 22 yaşlı Kader Korkmazı öldürən Bayram Korkmaz polisləri xeyli təəccübləndirib. Cinayətini zəng edərək polisə etiraf etdikdən sonra təslim olmaq istədiyini deyən şəxs yoxa çıxıb.
Rusiyada göyərtəsində 39 sərnişin olan təyyarə yerə çırpıldı - 3 hissəyə bölündü - YENİLƏNİB - VİDEO
Təyyarə qəza enişi etdikdən sonra göyərtədə olan 39 nəfərdən ölən olmayıb. "Russian Today" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edilir ki, hadisə nəticəsində 23 nəfər xəsarətlər alıb.
Türkiyə Suriyada yenə itki verdi
Türkiyə Silahlı Qüvvələri Suriyada apardığı "Fərat qalxanı" əməliyyatı çərçivəsində növbəti dəfə itki verib. Bu barədə Trend DHA agentliyinə istinadən məlumat verir.
Daha 3 bankın fəaliyyəti dayandırılıb
Rusiya Bankı (Mərkəzi Bank) daha üç bankın - "Mir", "İdeya Bank" və "Voloqdabank"ın lisenziyalarını geri çağırıb. Bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.
Moskvada fransızları zəhərləyən azərbaycanlılar tutuldular
Moskva polisi Fransa vətəndaşlarını zəhərləyib sonra isə soyan azərbaycanlıları saxlayıb. 22 yaşlı Vəfadar Babayev və 26 yaşlı Nurlan RəsulovMoskvanın Balaşixa qəsəbəsində həbs ediliblər.
İŞİD Yəməndəki terror aktına görə məsuliyyəti öz üzərinə götürüb
İŞİD terror qruplaşması Yəmənin Ədən şəhərində törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb. Qruplaşma partlayışın terrorçu-kamikadze Əbu Həşim əl-Rədfani tərəfindən törədildiyini açıqlayıb. Terrorçu-kamikadze dekabrın 18-də Ədənin şimal-şərqində, hərbi bazada üzərindəki partlayıcı qurğunu işə salıb. İlkin olaraq, hadisə nəticəsində 49 nəfərin öldüyü, 39 nəfərin yaralandığı bildirilirdi. Yerli mənbələr terror aktı nəticəsində ölənlərin sayının 70-ə çatdığını bildirir.
Çinlə ABŞ arasındakı insident dolları ucuzlaşdırıb
ABŞ dollarının altı əsas valyutaya qarşı məzənnəsini müəyyən edən "ICE U.S. Dollar" indeksi bugünkü ticarət sessiyasında 0,09% zəifləyib.














