Yuğ Dövlət Teatrı Dərbənd şəhərində
19 Dekabr 2016 10:31 MədəniyyətÖtən həftə Yuğ Dövlət Teatrının rejissoru Mir Sahib Ağazadə Dərbənd şəhərində yerləşən Azərbaycan Dövlət Dram Teatrında C.Məmmədquluzadənin əsərləri əsasında "Danabaşlar" adlı tamaşaya quruluş verib. Teatrdan "Olaylar" - a verilən məlumata əsasən tamaşada Mirzə Cəlilin "Danabaş kəndinin əhvalatları" povestindən, "Danabaş kəndinin məktəbi", "Poçt qutusu", "Lal" və başqa hekayələrindən istifadə olunub. Janrı bir hissəli qəmli komediya kimi təyin olunan tamaşanın musiqi tərtibatı və xoreoqrafik həlli quruluşçu rejissor Mir Sahib Ağazadəyə məxsusdu.
"Danaşablar" tamaşasının ideyası Mirzə Cəlilin Uçitel personajının "Oxumaq işıqdı, oxumamaq zülmətdi" fikrindən götürülüb ki, bu da tamaşanın finalında böyük bir kitabın üzərindən qara örtüyün götürülməsilə ifadə olunur.
Qeyd edək ki, tamaşanın premyerası dekabr ayının 15-də Dərbənd Ləzgi Teatrının binasında baş tutub.