Rusiyada göyərtəsində 39 sərnişin olan təyyarə yerə çırpıldı - 3 hissəyə bölündü - YENİLƏNİB - VİDEO

Təyyarə qəza enişi etdikdən sonra göyərtədə olan 39 nəfərdən ölən olmayıb. "Russian Today" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edilir ki, hadisə nəticəsində 23 nəfər xəsarətlər alıb.

Təyyarə qəza enişi etdikdən sonra göyərtədə olan 39 nəfərdən ölən olmayıb. "Russian Today" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edilir ki, hadisə nəticəsində 23 nəfər xəsarətlər alıb.

Onlar qəza yerinə göndərilən helikopterlər vasitəsi ilə xəstəxaya yerləşdiriliblər, yaralılardan 16-sının vəziyyəti ağırdır. Milli.az       

***

Yakutiyada "İl-18" təyyarəsinin qəza enişi zamanı 17 nəfər ağır yaralanıb.

Report RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat veriblər.

"Hadisə yerindən verilən hesabata görə, təyyarə Tiksi aerodromundan 30 km aralıda qəza enişi edib. Təyyarə Kansk aeroportundan planlı uçuş həyata keçirirdi", - qurumdan bildirilib.

Bütün yaralılar Tiksi qəsəbəsinin tibb məntəqəsinə çatdırılıb.

***

Lenta.ru xəbər verir ki, qəza yerinə xilasedicilər, həkim briqadaları və üç Mi-8 vertolyotu göndərilib.

RİA Novosti bildirir ki, təyyarənin qəzaya uğramasına səbəb sərt və çətin hava şəraiti olub.

Lent.az xəbərinə görə isə İl-18 təyyarəsinin qəzaya uğraması nəticəsində sağ qalanların sayı 6 yox, 4 nəfərdir.

Təyyarə Rusiya Müdafiə Nazirliyinə məxsusdur. 

***

Rusiyada təyyarə qəzası baş verib. Bu barədə "TASS" agentliyi hüquq-mühafizə orqanlarına istinadən xəbər verib.

Məlumata görə, hadisə Yakutiyada, Bulunsk rayonunda qeydə alınıb. Belə ki, göyərtəsində əsasən hərbçilərdən ibarət 32 sərnişinin və 7 ekipaj üzvünün olduğu, Kolsovo aeroportundan Yekaterinburqa uçan İl-18 təyyarəsi Tiksi qəsəbəsinin 27-ci kilometrliyində qəzaya uğrayıb.

Qəza nəticəsində cəmi 6 nəfər sağ qalıb. Hazırda xəsarət alanlar təxliyə edilir.

"RİA Novosti" isə qəza zamanı təyyarənin 3 hissəyə ayrıldığını, lakin yanmanın olmadığını xəbər verib. 

***

Yakutiyanın Bulunski rayonunda baş verən təyyarə qəzasında 6 nəfərin sağ qaldığı bildirilir. TASS xəbər verir ki, təyyarənin göyərtəsində 32 sərnişin və yeddi ekipaj üzvü olub. Təyyarədə hərbçilərin olduğu bildirilir.

Hazırda xəsarət alanlar evakuasiya edilir.

***

Rusiyanın Yakutiya şəhərində göyərtəsində 39 sərnişin olan təyyarə qəzaya uğrayıb.

Bu barədə RİA Novosti agentliyi xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31