Ayrı yaşadığı arvadını öldürdü, sonra polisi aldatdı

Türkiyənin İzmir şəhərinin Tire Mahalında həyat yoldaşı, 22 yaşlı Kader Korkmazı öldürən Bayram Korkmaz polisləri xeyli təəccübləndirib. Cinayətini zəng edərək polisə etiraf etdikdən sonra təslim olmaq istədiyini deyən şəxs yoxa çıxıb.

Hadisə bu gün səhər saat 7 radələrində qeydə alınıb.

TƏFƏRRÜAT

Bayram xeyli müddətdir ayrı yaşadığı həyat yoldaşı, 2 uşaq anası Kader Korkmazın Tiredeki evinə gəlib. Bayram Korkmaz ilə Kader Korkmaz arasında söz-söhbət yaranıb. Bayram Korkmaz yoldaşını ütü naqiliylə boğduqdan sonra sinəsindən bıçaqlayaraq öldürüb.

Qətlin ardından soyuqqanlı şəkildə polisə zəng edən Bayram Korkmaz "Evdə yoldaşımı öldürdüm. Məni gəlib həbs edin" deyib. Dərhal hərəkətə keçən Tire İlçe Təhlükəsizlik İdarəsinin üzvləri, göstərilən ünvana gəliblər.

Lakin polisə zəng edib təslim olacağını söyləyən Korkmazın hadisə yerindən qaçdığı təsbit edilib. Polis qətllə əlaqədar istintaqa başlayıb. Milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31