Gündəm

Bakı heç bir zaman kimsənin quberniyası olmayacaq

7 Fevral 2017 15:38

Rusiyanın Liberal-Demokrat Partiyasının lideri, qalmaqallı siyasətçi Vladimir Jirinovskinin Azərbaycanla bağlı səsləndirdiyi növbəti fikirlər etirazla qarşılanıb. Partiya lideri keçmiş SSRİ respublikalarının birləşdirilməsindən danışarkən, SSRİ sərhədlərinin bərpa ediləcəyi halda, Qarabağ probleminin də “öz-özünə həll olunacağını” deyib. “Budur, Qarabağ.

Dövlətə, dövlətçiliyə dayaq olmaq lazımdır

7 Fevral 2017 15:37

Zaman-zaman bəzi siyasilər, cəmiyyətin müəyyən mənada öndə gedən şəxsləri tərəfindən milli maraqlarımıza zidd fikirlər səsləndirilir, ictimaiyyətin kəskin etirazına səbəb ola biləcək açıqlamalar verilir. Bəzən isə bu kimi mövqe, verilən açıqlamalar ümumilikdə türkçülüyə qarşı yönəlir, türk kimliyi hədəf seçilir. Eyni zamanda antitürk mövqeli insanlar bununla, ortaya qoyduqları qeyri-obyektiv və dağıdıcı xarakterli mövqeləri ilə Türkiyə ilə Azərbaycan arasındakı dostluq-qardaşlıq münasibətlərinə də zərbə vurmağa, iki ölkə arasında soyuqluq yaratmağa çalışırlar. Necə ki, bir neçə il əvvəl eyni mərkəzdən idarə olunan şəxslər Türkiyədə Azərbaycan bayrağını aşağılayaraq Ankara-Bakı münasibətlərində gərginlik yaratmağa çalışdılar, eyni ilə sözügedən mərkəzin Azərbaycandakı əlaltıları da qardaş Türkiyəni incik salan açıqlamalar verməklə eyni funksiyanı yetrinə yetirirlər. Heç şübhəsiz ki, bu cür mövqe, ortaya qoyulan gərginləşdirici yanaşma isə haqlı olaraq həm Azərbaycan, həm də Türkiyə cəmiyyəti tərəfindən kəskin etirazla qarşılanır. Həmçinin bu dağıdıcı mövqe fəal ictimai və siyasi xadimlərin də ciddi etirazına səbəb olur.

Liberal demokratların lliderinə Moskvadan cavab

7 Fevral 2017 15:35

Rusiyanın Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski yenidən sərsəm açıqlamaları ilə gündəmi qarışdırıb. Belə ki, bu günlərdə çılğın siyasətçi bir daha antitürk, antiAzərbaycan mövqeyini nümayiş etdirərək ölkəmizin ərazi bütövlüyünü təhrif edən açıqlamalar verib. O, ənənəvi imperiya arzularını dilə gətirərək bildirib ki, keçmiş SSRİ bərpa olunacağı təqdirdə ümumilikdə Azərbaycan deyil, Bakı quberniyası olacaq. Bir növ dəlisov siyasətçi Çar Rusiyası arzusunu dilə gətirib.

Dollara tələbat hansı səbəbdən azalıb?

7 Fevral 2017 15:33

Son günlər manatın dollara nisbətən möhkəmlənməsi ən çox müzakirə edilən məsələdir. Apardığımız monitorinqlər də göstərir ki, yanvarın ayının sonundan başlayaraq dollara tələb azalıb. Hətta dollara təklifində də artımlar var. Əslində, yanvar və fevral aylarında dollara tələbin azalması gözlənilən idi. Dekabr ayında idxal, borc öhdəliklərin ödənilməsi və eləcə də səfərlərin sayında artımlar baş verir və nəticədə ilin son ayında dollara olan artım növbəti ilin ilk ayında azalma ilə müşahidə edilir. Dövlət Neft Fondunun yanvar ayında cəmi 285 milyon dollar satması da həmçinin tələbin azalması ilə bağlı idi.

Azərbaycan ciddi islahatlar mərhələsində

7 Fevral 2017 15:31

Keçən il Konstitusiyaya əlavə və dəyişikliklər məqsədilə keçirilən ümumxalq səsverməsindən (referendum) sonra ölkədə müxtəlif sahələrdə dəyişikliklərin, islahatların həyata keçiriləcəyi qaçılmaz görünürdü. Etiraf etmək lazımdır ki, ümumxalq səsverməsindən sonra bir sıra dəyişikliklər, idarəetmə sistemində təkmilləşdirmə prosesi həyata keçirildi. Azərbaycan Prezidentinin referendumdan keçən ayılar ərzində atdığı addımlar istər iqtisadi, istərsə də idarəetmənin təkmilləşdirilməsi sahəsində kifayət qədər müsbət nəticələrə gətirib çıxardı. Amma onu da vurğulamaq lazımdır ki, hələ də müəyyən problemlərin qaldığı göz önündədir.

Azərbaycan Avropaya inteqrasiya yolunu tutub

7 Fevral 2017 15:28

Artıq iki gündür ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Avropada səfərdədir. Əvvəlki səfərlərdən fərqli olaraq dövlət başçısının bu dəfəki səfəri xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan Prezidentinin bu dəfəki səfəri zamanı rəsmi Bakı ilə Avropa İttifaqı arasında yeni əməkdaşlıq sazişi ətrafında müzakirələr aparılır. Bundan əvvəl isə Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla görüşən Azərbaycan Prezidenti görüşdən sonra keçirilən brifinqdə qeyd edib ki, Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlıqda yeni səhifə açır. İlham Əliyev qeyd edib ki, Azərbaycan Avropa İttifaqı ölkələri ilə əməkdaşlıqda yaxşı təcrübəyə malikdir: “Onlardan doqquzu, yəni üzv dövlətlərin üçdə biri ilə bizim strateji tərəfdaşlıq haqqında artıq imzalanmış və ya qəbul edilmiş sənədlərimiz var”.

Ermənistan xristian terrorizminin yaradıcılarından biridir

7 Fevral 2017 15:25

Artıq siyasi, iqtisadi, diplomatik, ümumiyyətlə bütün parametrlər üzrə uduzduğunun fərqinə varan işğalçı Ermənistan indi yenidən din faktorunu qabartmağa, bu amildən yararlanmağa çalışır. Onu da qeyd etmək yerinə düşər ki, din faktoru hər zaman işğalçı ölkənin işinə yarayıb. Elə günümüzdə Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsinin başlıca səbəblərindən biri də məhz din faktorudur. Bir qədər də dəqiqləşdirsək, xristian təəssübkeşliyi Dağlıq Qarabağ probleminin ədalətli, Azərbaycanın ərazi bütövlüyünün təmin edilmıəsi yolu ilə həllinə əngəl olur.

"Şamaxinka"da "tıxac"ın aradan qaldırılması üçün mühüm dəyişikliklər edildi

7 Fevral 2017 15:23

Bakı şəhərində avtonəqliyyat vasitələlərinin sıxlığını azaltmaq məqsədi ilə “Azəravtoyol” ASC tərəfindən aparılan kompleks tədbirlər çərçivəsində Moskva prospektinin köməkçi yolunda, Bakı-Sumqayıt yolundan “Şamaxinka” deyilən əraziyə girişdə avtonəqliyyat vasitələrinin hərəkətində müəyyən dəyişikliklər edilib, yolun genişləndirilməsi işləri aparılırb. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, günün pik saatlarında sözügedən əraziyə avtonəqliyyat vasitələrinin həm Bakı Dairəvi-1 avtomobil yolundan, həm də Sumqayıt şəhəri istiqamətindən daxil olan avtonəqliyyat vasitələrinin bir-birinin hərəkətinə mane olmasının qarşısını almaq məqsədi ilə prospektin köməkçi yolundakı sağ kənar zolaq sırf Bakı Dairəvi-1 avtomobil yolundan gələn avtomobillər üçün ayrılıb.

Aylıq müavinətlərin ödənilməsi hansı qaydada həyata keçirilir?

7 Fevral 2017 15:21

Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün verilən aylıq müavinətin ödənilməsinin ümumi qaydaları hələ də vətəndaşlar üçün qaranlıq olaraq qalır. “Olaylar”ın məlumatına görə, bu məqsədlə müəyyən edilmiş ümumi qaydalarda şərtlər konkret şəkildə göstərilib. Belə ki, aylıq müavinətlərin alınması üçün təqdim edilmiş əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları aylıq müavinət alan məcburi köçkünlərin hər il yanvarın 1-nə ümumi adlı siyahısını və azalmadan asılı olaraq, hər ay dəqiqləşdirilmiş hesabatı hazırlayıb təsdiq edir. Həm kağız formatında, həm də elektron daşıyıcı variantında Azərbaycan Respublikasınin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə, elektron daşıyıcı variantında isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edirlər. 

Başıbağlı gəlin namizədin gecə klubu görüntüləri yayıldı - VİDEO

7 Fevral 2017 15:18

Evlilik verilişləri ilə bağlı qalmaqal və mübahisələr, aparıcıların reytinq mübarizəsi bitmək bilmir.

Çanaqqaladakı zəlzələ QƏSDƏN törədilib?

7 Fevral 2017 15:11

Türkiyənin şimal-qərbindəki Çanaqqala vilayətində qeydə alınmış yeraltı təkanlar süni yolla törədilə bilər.

Sarkozi məhkəmə qarşısına çıxarılır

7 Fevral 2017 15:10

Fransanın keçmiş prezidenti Nikola Sarkozi "Biqmalion" işi ilə bağlı məhkəmə qarşısına çıxacaq.  Bu barədə "AFR" saytına ölkənin Ədliyyə Nazirliyindən məlumat verilib.

Məsuliyyətsiz polis əməkdaşı işdən çıxarıldı

7 Fevral 2017 15:09

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞBPİDYPİ) Növbətçi Hissəsinin sürücüsü, polis serjantı Əliş Kərimov vəzifəsindən azad edilib. Bu barədə BŞBPİ DYPİ-dən məlumat verilib.

Azərbaycanda bəzi dərmanların satışı ÇƏTİNLƏŞDİRİLİB - NARKOTİKDİR!

7 Fevral 2017 15:07

Azərbaycanda narkotik maddə istifadəçilərinin apteklərdən asanlıqla əldə etdiyi və təyinatına uyğun istifadə edilməyən "Lirika", "Tropin", "Midriasil" dərmanlarından istifadədə sui-istifadə halları aşkarlandığına görə, onlar narkotik vasitə və psixotrop maddələrə aid olmayan güclü təsir edən dərmanların siyahısına daxil edilib.

Xameneyi: "Trampa cümə günü cavab verəcəyik"

7 Fevral 2017 15:06

İran İslam Respublikasının ali rəhbəri ayətullah Seyid Əli Xameneyi ABŞ prezidenti Donald Trampın təhdidlərinə cümə günü, 1979-cu il inqilabının ildönümündə cavab verəcəklərini bildirib.