Ermənistan xristian terrorizminin yaradıcılarından biridir

Artıq siyasi, iqtisadi, diplomatik, ümumiyyətlə bütün parametrlər üzrə uduzduğunun fərqinə varan işğalçı Ermənistan indi yenidən din faktorunu qabartmağa, bu amildən yararlanmağa çalışır. Onu da qeyd etmək yerinə düşər ki, din faktoru hər zaman işğalçı ölkənin işinə yarayıb. Elə günümüzdə Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsinin başlıca səbəblərindən biri də məhz din faktorudur. Bir qədər də dəqiqləşdirsək, xristian təəssübkeşliyi Dağlıq Qarabağ probleminin ədalətli, Azərbaycanın ərazi bütövlüyünün təmin edilmıəsi yolu ilə həllinə əngəl olur.

Göksəl Gülbəy: "Türk diplomatlara qarşı həyata keçirilən terror aktları zamanı da erməni terror təşkilatı olan ASALA-nın fəaliyyıəti kilsələr tərəfindən dəstəklənmişdi"

Artıq siyasi, iqtisadi, diplomatik, ümumiyyətlə bütün parametrlər üzrə uduzduğunun fərqinə varan işğalçı Ermənistan indi yenidən din faktorunu qabartmağa, bu amildən yararlanmağa çalışır. Onu da qeyd etmək yerinə düşər ki, din faktoru hər zaman işğalçı ölkənin işinə yarayıb. Elə günümüzdə Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsinin başlıca səbəblərindən biri də məhz din faktorudur. Bir qədər də dəqiqləşdirsək, xristian təəssübkeşliyi Dağlıq Qarabağ probleminin ədalətli, Azərbaycanın ərazi bütövlüyünün təmin edilmıəsi yolu ilə həllinə əngəl olur.

Türkiyədə fəaliyyət göstərən Beynəlxalq Əsassız Erməni İddialarına Qarşı Mübarizə Dərnəyinin (ASİMDER) sədri Göksel Gülbey də bu qənaətdədir. Dərnək sədri hesab edir ki, Azərbaycan qarşısında hərbi və diplomatik cəhətdən məşğlub duruma düşən Yerevan yenidən din faktorunu işə salıb. Bunun Ermənistanın ənənəvi oyunu olduğunu deyən Göksəl Gülbəy onu da qeyd edib ki, Ermənistan din pərdəsi altında xristian terror təşkilatları da qurmağa müəffəq olublar: "Ermənistanın xristian terror təşkilatlarını qurmaq, onları dəstəkləməklə özünü xristian terrorizminin nümayəndəsi və dəstəkləyicisi olduğunu sübuta yetirib. Ümumiyyətlə, Ermənistan yarandığı gündən etibarən bir terrorist dövlət olub. Yaxın və uzaq tarixə nəzər yetirdikdə bunu açıq-aşkar görə bilirik". Göksəl Gülbəy bildirib ki, ermənilər zaman-zaman həyata keçirdikləri terror aksiyaları, insanlıq əleyhinə cinayətlərdə ağaları sayılan Rusiyadan yardım və dəstək alıblar: "Zamanında Çar Rusiyasının, daha sonralar bolşeviklərin dəstəyi ilə həyata keçirilən terrorlar, kütləvi qırğınların ən barix nümunəsi Birinci Dünya Müharibəsi zamanı Anadoluda törətdikləri qırğınlardır. Eyni zamanda 1918-ci ildə Azərbaycanın müxtəlif vilzyətl və mahallarında törədilən qırğınlar sübut və dəlillərlə ortadadır". ASİMDER rəhbəri deyib ki, erməni terrorunun genuiş vüsət almasına işğalçı ölkəyə məxsus olan kilsələr də bu və ya digər dərəcədə yardım edib, dəstək göstərib: "Bu bir danılmaz faktdır ki, bəzi erməni kilsələri Azərbaycan, İran və Avropanın müxtəlif ölkələrində qeyri-qanuni qurulmuş erməni terror təşkilatlarının yaradılmasına və onların terror fəaliyyətlərinə maddi, mənəvi dəstək verib. Günümüzdə də erməni kilsələrinin terror təşkilatlarına dəstəyi davam edir. Erməni terrorçularının kilsələri özünə yuva seçməsi, onların kilsələr tərəfindən dəstəklənmələri təhlükəli tendensiyalardan xəbər verir". Göksəl Gülbəy onu da qeyd edib ki, ermənilər bununla Türkiyəyə və İslam ölkələrinə qarşı bir xristian terrorizmi siyasəti həyata keçirirlər: "Erməni terror təşkilatları və faşist erməni lobbisi xristian ölkələrində, Avropanın ayrı-ayrı dövlətlərində inanclı insanlara qarşı təhlükə yaradırlar. Onlar İslamafobiya yaradaraq xristian terörizminin təməllərini atırlar. Təəssüflər olsun ki, ermənilərin bu kimi məkrli fəaliyyətləri Türkiyədə də həyata keçirilir. Onlar Türkiyədə missionerlik fəaliyyətləri ilə gəncləri yoldan çıxarırı və onları öz xain planlarının iştirakçısına çeirirlər. Zaman-zaman Türkiyənin müxtəlif bölgələrində kürd dilində İncil kitablarının paylanması da erməni-kürd işbirliyinin Türkiyədə həyata keçirdiyi missonerlik fəaliyyətinin tərkib hissəsidir". ASİMDER rəhbəri onu da diqqətə çatdırıb ki, erməni xristian kilsələrinin gəncləri aldadıb yalnız yola çəkməsi gələcək təhlükələrdən xəbər verir və bunun qarşısı zamanında alınmalıdır: "Məlumat üçün qeyd edim ki, Türkiyədə və ya xaricdə yaxın tarixdə Türk diplomatlara qarşı həyata keçirilən terror aktları zamanı da erməni terror təşkilatı olan ASALA-nın fəaliyyıəti kilisələr tərəfindən dəstəklənmişdi. Eləcə də Birinci Dünya müharibəsi dövründə Osmanlı İmperatorluğu içərisindəki kilsələr və xristian din adamları erməniləri qruplaşdırmış, onları terrorra sürükləmişdi". ASİMDER rəhbərinin sözlərinə görə, hazırda bütün dünyaya İslami terrorizm deyərək car çəkən, İslam aləmini terrorist olaraq təqdim edən Avropa əvvəlcə qoruyub-saxladığı, müdafiə etdiyi faşist erməni terror təşkilatlarının fəaliyyətlərinə nəzər yetirsin, onlara dəstək olmaqdan çəkinsin: "Hakbuki hər kəs yaxşı bilir ki, İslam terrorizmi deyilən bir şey yoxdur. Sadəcə İslam inancını özünə örtük olaraq salıb, ondan istifadə edib terror həyata keçirən təşkilatları var. Necə ki, xristian ölkələrində faşist erməni terror təşkilatları və onların dəstəkverici qüvvələri dini inanc örtüyü altında gizlənərək öz məkrli, xain əməllərini həyata keçirirlər, eləcə də müsəlman aləmində İslam dinini örtük tutaraq terrora əl atan zalım şəxs və şəxslər var".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31