Çanaqqaladakı zəlzələ QƏSDƏN törədilib?

Türkiyənin şimal-qərbindəki Çanaqqala vilayətində qeydə alınmış yeraltı təkanlar süni yolla törədilə bilər.

Türkiyənin şimal-qərbindəki Çanaqqala vilayətində qeydə alınmış yeraltı təkanlar süni yolla törədilə bilər. Bunu Ankaranın meri Melih Gökçek öz Twitter səhifəsində yazıb. O iddia edib ki, bu zəlzələni dövlət çevrilişinə cəhdi həyata keçirən qüvvələr meydana gətirmiş ola bilər.

M.Gökçek yazıb: "Çanaqqalada güclü zəlzələ baş verib. Mən aydınlaşdırdım ki, bölgədə seysmik araşdırmalar aparan gəmi mövcuddur. O gəminin hansı ölkəyə məxsus olduğu və nə işlər gördüyü təcili surətdə müəyyənləşdirilməlidir. Narahatam ki, yeraltı təkanlar süni yolla törədilə bilər". Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31