Dövlətə, dövlətçiliyə dayaq olmaq lazımdır
Zaman-zaman bəzi siyasilər, cəmiyyətin müəyyən mənada öndə gedən şəxsləri tərəfindən milli maraqlarımıza zidd fikirlər səsləndirilir, ictimaiyyətin kəskin etirazına səbəb ola biləcək açıqlamalar verilir. Bəzən isə bu kimi mövqe, verilən açıqlamalar ümumilikdə türkçülüyə qarşı yönəlir, türk kimliyi hədəf seçilir. Eyni zamanda antitürk mövqeli insanlar bununla, ortaya qoyduqları qeyri-obyektiv və dağıdıcı xarakterli mövqeləri ilə Türkiyə ilə Azərbaycan arasındakı dostluq-qardaşlıq münasibətlərinə də zərbə vurmağa, iki ölkə arasında soyuqluq yaratmağa çalışırlar. Necə ki, bir neçə il əvvəl eyni mərkəzdən idarə olunan şəxslər Türkiyədə Azərbaycan bayrağını aşağılayaraq Ankara-Bakı münasibətlərində gərginlik yaratmağa çalışdılar, eyni ilə sözügedən mərkəzin Azərbaycandakı əlaltıları da qardaş Türkiyəni incik salan açıqlamalar verməklə eyni funksiyanı yetrinə yetirirlər. Heç şübhəsiz ki, bu cür mövqe, ortaya qoyulan gərginləşdirici yanaşma isə haqlı olaraq həm Azərbaycan, həm də Türkiyə cəmiyyəti tərəfindən kəskin etirazla qarşılanır. Həmçinin bu dağıdıcı mövqe fəal ictimai və siyasi xadimlərin də ciddi etirazına səbəb olur.
7 Fevral 2017 15:37 SiyasətZaman-zaman bəzi siyasilər, cəmiyyətin müəyyən mənada öndə gedən şəxsləri tərəfindən milli maraqlarımıza zidd fikirlər səsləndirilir, ictimaiyyətin kəskin etirazına səbəb ola biləcək açıqlamalar verilir. Bəzən isə bu kimi mövqe, verilən açıqlamalar ümumilikdə türkçülüyə qarşı yönəlir, türk kimliyi hədəf seçilir. Eyni zamanda antitürk mövqeli insanlar bununla, ortaya qoyduqları qeyri-obyektiv və dağıdıcı xarakterli mövqeləri ilə Türkiyə ilə Azərbaycan arasındakı dostluq-qardaşlıq münasibətlərinə də zərbə vurmağa, iki ölkə arasında soyuqluq yaratmağa çalışırlar. Necə ki, bir neçə il əvvəl eyni mərkəzdən idarə olunan şəxslər Türkiyədə Azərbaycan bayrağını aşağılayaraq Ankara-Bakı münasibətlərində gərginlik yaratmağa çalışdılar, eyni ilə sözügedən mərkəzin Azərbaycandakı əlaltıları da qardaş Türkiyəni incik salan açıqlamalar verməklə eyni funksiyanı yetrinə yetirirlər. Heç şübhəsiz ki, bu cür mövqe, ortaya qoyulan gərginləşdirici yanaşma isə haqlı olaraq həm Azərbaycan, həm də Türkiyə cəmiyyəti tərəfindən kəskin etirazla qarşılanır. Həmçinin bu dağıdıcı mövqe fəal ictimai və siyasi xadimlərin də ciddi etirazına səbəb olur.
Müstəqil ekspert Rövşən Məmmədli deyir ki, son vaxtlar Azərbaycanda vətənpərvərliklə vətən maraqlarına qarşı olanlar arasında mübarizə cəbhəsində bəzi düşündürücü qəribəliklər hiss olunur: "Misal üçün Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun rəhbəri, millət vəkili Yaqub Mahmudov Azərbaycan Milli Məcilisində İrəvan xanlığının və onun ətrafındakı ərazilərin İngilis-Rus basqısı ilə ermənilərə paytaxt kimi 99 illiyə icarəyə verilməsinin müddətinin başa çatdığını bildirir və bir varis kimi Azərbaycan dövlətinin bu məsələni qaldırması haqqında təşəbbüs irəli ssrür, ancaq millət vəkilinin bu haqlı əsaslandırması bir sıra ziyalılarımız, yazar və jurnalistlərimizin xoşuna gəlmir. Hətta yazıçı-jurnalist Mehriban Vəzir bu təşəbbüsünə görə Yaqub Mahmudovu "gülünc", "boş və mənasız söz", "son dərəcə yerində olmayan bəyanat", "komik" və sair istehzalı sözlərlə aşağılayır. Hansı ki, bu xanım özü də vətənpərvər, cəsarətli, istedadlı bir jurnalist, publisist yazar kimi tanınır.. Eyni zamanda millət vəkili Araz Əlizadənin burnuna şimaldan və cənubdan yeni iylər dəydiyindən, durub Milli Məclisdə qardaş Türk xalqını, Türkiyə dövlətini, Azərbaycanın dar günündə köməyimizə gəlmiş Nuru Paşanı aşağılayıb, şərləyir. Bu qəribə halların sayı daha çoxdur. Tarixçi-alim, millət vəkili Yaqub Mahmudov məgər tarixi həqiqəti deməmişdi? Məgər İrəvan 99 il bundan öncə Azərbaycan Milli Şurasından İngilis-Rus təzyiqi ilə alınıb ermənilərə 99 illiyə icarəyə verilməyib?. Nə olsun ki, indi "dünya düzəni" dəyişib. Məgər faktı müzakirəyə çıxarmaq olmaz? Məgər İrəvanın yalandan 1700 illiyini qeyd edən erməni yalanını dünyada ifşa etmək olmaz? Yaxud Azərbaycanın bütün ərazilərini "qədim erməni torpaqları" adlandıran erməni faşizminin iç üzünü açıb dünyaya göstərməyin nəyi pisdir?". Rövşən Məmmədli deyib ki, ermənilərin bütün "Ermənistan"ı Azərbaycan torpaqlarının hesabına qurduğunu dünyaya bəyan edib, indi də Qarabağımıza sahib çıxmaq istədiklərini dünyaya açıb, ağartmaq lazımdır: "Bu torpaqları onlara vermiş İngilis-Rus imperiya maraqlarını ifşa etmək vacibdir. Hər kəsə bəllidiri ki, hələ 90-cı illərdə Araz Əlizadə Rus-Fars şovinizminə nökərçilik edib Azərbaycan dövlətinin müstəqilliyinə, xalqımızın özgürlük maraqlarına qarşı çıxıb təxribatçı çıxışlar edib. O, təxribatçı çıxışlar etdiyinə görə, Milli Şura yaradılarkən Milli Məclisdən uzaqlaşdırılıb. İndi də Araz Əlizadə öz türk düşmənçiliyini izhar edib Azərbaycanın arxası olan Türkiyəyə qarşı iftiralar yağdırır. Bütün bunlar düşündürücü hallardır". Ekspert qeyd edib ki, düşünərək fəallaşmaq, dövlətimizə, dövlətçiliyimizə dayaq olmaq, vətənimizin yadlar tərəfindən ələ keçirilmiş torpaqlarının haqq -hesabını aparmaq, qabartmaq lazımdır: "Qoy kim nə düşünür-düşünsün Rusiyanın Parlamentinin sədr müavini Vladimir Jirinovski elə qanunverici orqanın kürsüsündən qışqırır ki, Belorusu verin bizə, Ukrayna bizimdir, bütün Şərqi Avropa Rusiyanındır. Yüzlərlə Rus generalları da onu dəstəkləyir. Bu qədər həyasız və yalana qarşı heç Rusiyadan bir adam tapılıb ona qarşı çıxmır. Ancaq bizdə kimsə Azərbaycan dövlətinin, xalqının tarixi hüququ. haqqı olan məsələ qaldırırsa, o dəqiqə səlib yürüşünə rast gəlir. Bax bu səlib yürüşünü bir yana qoyub. milli maraqları birlikdə çözməyin zamanıdır. Əks təqdirdə özgələrin yemi ola bilərik".
Məhəmməd