Gündəm
Lapşin Bakıya gətiriləcək - MƏHKƏMƏ ŞİKAYƏTİ RƏDD ETDİ
Belarus Ali Məhkəməsi bloger Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası barədə qərarından şikayətini rədd edib. Bu barədə Məhkəmənin mətbuat xidmətindən məlumat verilib.
Sonuncu hərracın nəticələri açıqlandı
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının özəlləşdirilməsi məqsədilə növbəti hərrac keçirilib. Bu barədə ƏMDK-dan verilən məlumata görə, keçirilən hərracda özəlləşdirilən kiçik dövlət müəssisələrində 3-ü müvafiq olaraq paytaxtın Xətai, Xəzər və Qaradağ rayonlarında yerləşir.
Nazir səfiri məlumatlandırıb
Müdafiə sənayesi naziri Yavər Camalov Meksikanın Azərbaycandakı səfiri Xuan Rodrigo Labardini Floresi qəbul edib.
“Asan İmza” Elmin İnkişafı Fondunun “e-QRANT” sisteminə inteqrasiya olunub
“Asan İmza” mobil elektron imza xidməti Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun “Qrant layihələrinin elektron idarə olunması sistemi”nə - “e-QRANT”a inteqrasiya olunub. Bu barədə məlumat “OLAYLAR”-a Elmin İnkişafı Fondunun mətbuat xidmətindən daxil olub.
Şəhidin adını daşıyan məktəb təmir edilib
Ağcabədi rayonunun Hindarx qəsəbəsində elektrik cərəyanının qısa qapanması nəticəsində yanaraq yararsız vəziyyətə düşən, 240 şagird yerlik şəhid Xanoğlan Həsənov adına Hindarx qəsəbə 2 saylı ümumi orta məktəbinin əsaslı təmirdən sonra açılış mərasimi olub. “OLAYLAR”-ın xəbərinə görə, təhsil ocağı 2005 ci ildə Heydər Əliyev Fondu tərəfindən tikilib istifadəyə verilib. Məktəb qəzalı vəziyyətə düşdükdən sonra isə Fövqəladə Hallar Nazirliyi tərəfindən əsaslı təmir aparılıb.
Azərbaycan diasporu BMT qarşısında aksiya keçirəcək
Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar ABŞ-ın Nyu York şəhərində fəaliyyət göstərən Azərbayca diaspor təşkilatları Ermənistanın BMT-dəki daimi nümayəndəliyi və BMT-nin Baş Qərargahı qarşısında mitinq keçirəcək. Nyu York Azərbaycan-Amerika Qadın Cəmiyyətinin təşkil etdiyi aksiyanın fevral ayının 24-də keçirilməsi nəzərdə tutulub. Cəmiyyətin rəhbəri Münəvvər Vahabova “OLAYLAR”-a bildirib ki, aksiyada istifadə etmək üçün Azərbaycan həqiqətlərinin əks olunduğu plakatlar, şəkillər, şüarlar və yerli əhaliyə paylanması üçün nəzərdə tutulan Xocalı soyqırımı haqqında ingiliscə ətraflı məlumatın göstərildiyi vərəqələr çap olunub.
Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Mətbuat Şurasında olub
Bakı Yunus Əmrə İnstitutunun rəhbəri İbrahim Yıldırım Azərbaycan Mətbuat Şurasında olub. Qonağı salamyan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, rəhbərlik etdiyi qurum türk dünyasının media təşkilatları ilə sıx əlaqələrə malikdir. Qarşılıqlı əməkdaşlıq ortaq dəyərlərə malik xalqların və toplumların bir-birinə inteqrasiyasına dəstək baxımından mühüm əhəmiyyət daşımaqdadır. Ə.Amaşov həmçinin bildirib ki, Yunus Əmrə Fondu ortaq türk dəyərlərinin yaşadılması istiqamətində fəaliyyəti ilə seçilən qurumlardandır. Sevindirici haldır ki, belə bir təşkilatın Bakıda da özəyi var. Mətbuat Şurası onunla əməkdaşlıqda maraqlıdır.
Kəlbəcərli seçicilərin qəbulu keçirilib
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Cavid Qurbanovun seçiciləri millət vəkilinin tapşırığına əsasən qəbul edilib.
Türkiyənin nüfuzlu qəzeti Xocalı faciəsindən yazdı
Türkiyənin nüfuzlu "milliyet.com.tr" saytı bu gün Xocalı soyqırımı ilə bağlı xəbər yayımlayıb.
“İşğal olunmuş ərazilərə qanunsuz səfərinə görə Tehran erməni yeparxiyasının başçısı S. Sərkisyan İnterpolla axtarışa verilməlidir”
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu bildirib ki, erməni Apostol kilsəsinin Tehran yeparxiyasının başçısı Sepux Sərkisyanın İran İslan Respublikasının vətəndaşıdır və dəfələrlə Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib: “Dəfələrlə bu və ya digər formada Azərbaycan torpaqlarını işğal altında saxlayanlara maddi və mənəvi yardım edib. Sepux Sərkisyan aprel döyüşlərindən sonra Dağlıq Qarabağa səfər etdi və separatçı rejimin de-fakto rəhbəri Bako Saakyanla görüşdü. B.Saakyan fasiləsiz və mütəmadi yardımına görə Sepux Sərkisyana minnətdarlığını bildirdi.
Azərbaycanda söz və fikir azadlığı yüksək səviyyədə təmin olunur
Hələ ötən əsrin əvvəllərndə dünya ictimaiyyətinə söz və fikir azadlığı ixrac edən Azərbaycan mətbuatı müasir dövrdə də inkişaf mərhələsini yaşayır.
DİQQƏT: Selfi çəkərkən bu hərəkəti edənlər üçün TƏHLÜKƏ - FOTO
Selfi çəkmək son zamanlar bütün dünyada geniş yayılıb. Hətta günün bir neçə saatını selfi çəkməyə həsr edən insanlar var.
Bəşər Əsəd: "Aİ və NATO terrorçuları dəstəkləyirlər"
Avropa İttifaqı (Aİ) və NATO terrorçuları dəstəkləməklə Suriyanın bərpasında iştirak edə bilməz. Bunu Suriya prezidenti Bəşər Əsəd Belçika mətbuatına müsahibəsində deyib. B.Əsəd qeyd edib ki, belə rol oynamaq, eyni zamanda Suriyanı dağıtmaq olmaz: "Aİ və NATO lap əvvəldən müxtəlif bəhanələrlə Suriyadakı terrorçuları - "Cəbhət ən-Nüsra" və İŞİD terror qruplaşmalarını dəstəkləyirlər. Onlar eyni vaxtda dağıda və bərpa edə bilməzlər.
Uşaqlara ən çox bu adlar qoyulur
Ədliyyə Nazirliyindən XəzərXəbər-ə bildirilib ki, ötən ay dünyaya gələn oğlan uşaqlarına daha çox Yusif (101), Əli (60), Məhəmməd (51), Ömər (49), Uğur (43), Hüseyn (41), Murad (38), Tunar (36), Ayxan (31), Ümid (25), Həsən (22), İbrahim (22), Kənan (21), Ramal (18), Raul (18) adları qoyulub.
Hakerlər Devid Bekhemin yazışmalarını yaydılar
İngiltərə millsinin keçmiş futbolçusu Devid Bekhem haker hücumuna məruz qalıb. Hakerlər ondan 1 milyon avro pul tələb ediblər.














