Nazir səfiri məlumatlandırıb
Müdafiə sənayesi naziri Yavər Camalov Meksikanın Azərbaycandakı səfiri Xuan Rodrigo Labardini Floresi qəbul edib.
7 Fevral 2017 14:57 SosialMüdafiə sənayesi naziri Yavər Camalov Meksikanın Azərbaycandakı səfiri Xuan Rodrigo Labardini Floresi qəbul edib. Bu barədə Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, nazir Azərbaycan ilə Meksika arasındakı müxtəlif sahələri əhatə edən ikitərəfli əlaqələri yüksək qiymətləndirdiyini diqqətə çatdırıb və bu əlaqələrin daha da inkişaf edəcəyini vurğulayıb. Yavər Camalov Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti ilə bağlı səfirə məlumat verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31