Hakerlər Devid Bekhemin yazışmalarını yaydılar
İngiltərə millsinin keçmiş futbolçusu Devid Bekhem haker hücumuna məruz qalıb. Hakerlər ondan 1 milyon avro pul tələb ediblər.
7 Fevral 2017 14:13 Dünyaİngiltərə millsinin keçmiş futbolçusu Devid Bekhem haker hücumuna məruz qalıb. Hakerlər ondan 1 milyon avro pul tələb ediblər.
Bu şantaj hələ ötən ilin başlanğıcında edilib. Lakin, Bekhem kibercinayətkarlarla əməkdaşlıqdan imtina edərək, polisə müraciət edib. Futbolçunun ictimai maraqlarını qoruyan Saymon Oliveyra agentliyi tərəfindən istintaq başladılıb. Bütün bunlara baxmayaraq, şantaj davam edib. Nəticədə, hakerlər əldə etdikləri şəxsi yazışmaları internetdə yayıblar. Həmin yazışmalarda məlum olub ki, Bekhem cəngavər titulu qazanmaq məqsədilə xeyriyyəçiliklə məşğul olur. "Bu çox alçaldıcıdır. Əgər mən amerikalı olsaydım, artıq 10 il əvvəl cəngavər titulu almışdım" - Bekhem belə yazıb. Bundan sonra, sosial şəbəkə istifadəçiləri Bekhemin ünvanına alçaldıcı ifadələr göndərməyə başlayıblar. Hətta bir çox biznesmenlər YUNİCEF-in xeyriyyə məqsədilə təşkil edəcəyi ziyafətə sopnsorluq etməkdən də imtina ediblər.
Baş vermiş insidentə şərh bildirən Bekhem deyib ki, bəzi mesajları hisrli başla yollayıb. Daha sonra həmin fikirlərinə də düzəliş edib.
Devid Bekhem YUNİCEF-in xoşməramlı səfiridir. Bu qalmaqalda təşkilat onu müdafiə edərək, onun uşaqlar üçün çox böyük əmək sərf etdiyini vurğulayıblar. AzNews.az