Gündəm
Azərbaycan-Aİ əməkdaşlığı ciddi uğurlar gətirəcək
“Azərbaycan Prezidentinin Brüsselə səfəri ölkəmizin və Avropa İttifaqının çoxşahəli münasibətlərini əhatə edən yeni saziş üzərində əməkdaşlığın ilk mərhələsidir”. Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, millət vəkili Asim Mollazadə deyib.
"Survivor"da BÖYÜK ŞOK - VİDEO
Ötən gün "Survivor 7" yarışının növbəti buraxılışı efirə gedib. "Tv 8"də Acunun prodüser və aparıcılığı ilə ekranlara gələn yarışın bu buraxılışı tamaşaçıları xeyli həyəcanlandırıb. Belə ki, "Məşhurlar" komandasında sərbəst suyadalma üzrə (dalğıc) 6 qat dünya rekordçusu olan xanım iştirakçı Şahika Ercümen qarpunla balıq ovlamaq üçün okeana baş vurub. Peşəkar üzgücü Şahika sahildən xeyli uzaqdaykən təxminən 50-60 metrlik məsafədə qarşısında nəhəng balina görüb. Xanım iştirakçının dərhal təhlükəsizlik səlahiyyətlilərinə xəbərdarlığı ilə Şahika olay yerindən sahilə çıxarılıb.
AFFA Qriqorçuku cəzalandırdı
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. İclasda Azərbaycan Premyer Liqasının XVI turunda baş verənlərlə bağlı bir sıra cəzalar tətbiq olunub.
Şəhid anası əsgərləri kövrəltdi
Türkiyədə şəhit Özgür Özekin anası və bir qrup qadın Hakkarinin Çukurca qəsəbəsində hərbi xidmətdə olan əsgərlərə gözmuncuq işarəli şərflər toxuyub, hədiyyə ediblər. Şəhid anası Aliyə Özek və bir qrup qadınlar əsgərlərə şərflə birgə məktub göndəriblər.
Bakı sakinindən 485 qr marixuana götürülüb
Bakı şəhər sakinindən xeyli miqdarda narkotik vasitə gğtürülüb. DİN-dən “Olaylar” verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 6-da Dəniz Vağzalının ərazisində Bakı şəhər sakini Şıxəli Şıxəliyevdən 485 qram marixuana götürülüb. Ətrafında aparılan araşdırmaıar zamanı onun əvvəllər məhkum olunduğu müəyyən edilib.
Soyğunçuluqla məşğul olan dəstə zərəsizləşdirilib
Fevralın 6-da Sabunçu rayonunun Bakıxanov qəsəbəsində 3 nəfər naməlum şəxs Bakı şəhər sakini Fərid Zeynalova zor tətbiq edərək soyğunçuluq yolu ilə 55 manat pulunu alıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Sabunçu RPİ 13-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Yardımlı rayon sakini Vüsal Şahbazov, Masallı rayon sakini Yaşar Heydərov və Laçın rayon sakini Nağı Hümbətzadə tutulublar.
Kəndir 10 yaşlı uşağın boğazına dolanıb
Şəmkirdə 10 yaşlı uşaq faciəli şəkildə ölüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, fevralın 6-da Şəmkir şəhərində yaşayan 10 yaşlı Röyal Qasımov həyətlərində ağacdan asılan kəndirlə oynayarkən ehtiyatsızlıqdan kəndir boğazına dolandığından, boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır.
Bakıda dərman qıtlığı yaranıb
Millət vəkili Fazil Mustafa paytaxt apteklərində dərman preparatlarının qıtlığının yaranmasının şahidi olub. Belə ki, deputat aptekə dərman almağa girib və orada satıcı xanımların fəryad qopardığının şahidi olub: “Deyirlər ki, “artıq iyirmi gündür ki, heç bir dərman deposu apteklərə Rusiya, Avropa istehsalı olan dərmanları vermir.
Dünyanın ən böyük ailəsi: 500 nəfər bir araya gəldi - VİDEO - FOTO
Bu ailənin mənsublarının sayı 500 nəfərdir. Onların bir yerə yığışaraq ailə fotosu çəkdirmələri adi, normal şəraitdə mümkün deyil. Bu qədər insan sadəcə, kadra "yerləşməz".
Fərdi uçot sistemində daha 273 nəfər əcnəbi şəxs qeydiyyata alınıb
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemi ölkəmizdə qurulmuş müasir sığorta-pensiya sisteminin mühüm komponenti kimi 2006-cı ilin əvvəlindən fəaliyyət göstərir. Ötən dövrdə sistemdə fərdi şəxsi hesabı açılan əcnəbilərin sayında müşahidə olunan mütəmadi artım dinamikası cari ildə də davam edir.
Aparılan məqsədyönlü siyasət öz bəhrəsini verir
"Aqrar sektorun inkişafının strateji istiqamət kimi seçilməsi və kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair ayrıca Strateji Yol Xəritəsinin təsdiqlənməsi ilk növbədə ölkəmizin reallıqları ilə bağlıdır. Azərbaycanın iqtisadi potensialının böyük hissəsi aqrar sektorda cəmləşib”.
Gənclər Fondunun qaliblərinin 12 nəfəri BNM-in müəllim və şagirdləri olub
Bakı Ali Neft Məktəbində Azərbaycan Respublikası Prezidentinin yanında Gənclər Fondunun keçirdiyi 8-ci qrant müsabiqəsi çərçivəsində “Gənclər üçün İKT təlimləri” adlı növbəti layihənin yekununa həsr olunmuş tədbir keçirilib.
İmran Abdullayevə yeni vəzifə verildi
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə yeni direktor təyin edilib. Bu vəzifə yanvarın 1-dən etibarən İmran Abdullayevə həvalə edilib. İ.Abdullayev daha əvvəl Mərkəzin Qidalanma gigiyenası şöbəsinin müdiri işləyib. Onun yerinə Nazim Feyzullayev təyinat alıb.
Putin iranlı həmkarı ilə Qarabağı müzakirə edəcək
İran prezidenti Həsən Ruhani Moskvaya səfəri zamanı Rusiyanın dövlət başçısı Vladimir Putinlə Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək.
Ermənistanda siyasətçi həbs edildi
Ermənistanın Alyans partiyasından qovulan Sarqis Arutyunyan böyük məbləğdə fırıldaqçılıqda ittiham olunaraq həbs edilib. Bu barədə "Alyans" partiyası məlumat yayıb. Erməni KİV-lərinin yaydığı xəbərə görə, Arutyunyanın barəsində 4 il müddətinə həbs qərarı verilsə də, o, indiyədək azadlıqda olub. Arutyunyan cinayət əməlinə görə bu gün həbs olunub.














