Gündəm

ANAMA Cocuq Mərcanlıda axtarışı dayandırdı

7 Fevral 2017 13:25

"Hava şəraiti ilə əlaqədar Cocuq Mərcanlı kəndində axtarış əməliyyatları dayandırılıb". Bunu hazırda ANAMA-nın baş əməliyyat mütəxəssisi Adil Aslanov deyib. O bildirib ki, evlərə və onların ətrafına giriş xətləri tam açılıb:​​​​​​​ "Hazırda ərazi qarla örtülüb. Belə hava şəraitində əməliyyat aparmaq olmur. Hava şəraiti yaxşılaşmağa doğru gedir. Yaxın günlərdə axtarış əməliyyatlarının bərpa olunması gözlənilir. Hava şəraiti imkan verən kimi evlərin içində axtarışa başlayacağıq. Dağılmış evlərin içərisində partlamamış hərbi-sursatların olması ehtimalı var. Həmin ərazilərdə xüsusi texnikalardan istifadə edərək təmizləmə işlərini həyata keçirəcəyik".

Qəbirdən çıxanlar polisləri dəhşətə gətirdi - FOTO

7 Fevral 2017 13:24

Türkiyənin Mardin vilayətinin Nusaybin mahalındakı qəbristanlıqda polis axtarış edib. Qəbristanlıqdakı məzarların birindən PKK terrorçularına məxsus silah-sursat tapılıb.

Qərbi Tyan-Şan transsərhəd dağları UNESCO-nun Dünya İrsi Siyahısına salınıb

7 Fevral 2017 13:20

Özbəkistan ərazisindən keçən Qərbi Tyan-Şan transsərhəd dağları UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. UNESCO-nun Özbəkistandakı nümayəndəliyinin rəhbəri Krista Pikkat bununla bağlı sertifikatı bu ölkənin Dövlət Təbiəti Mühafizə Komitəsinin sədri Baxtiyar Abdusalamova təqdim edib. K.Pikkal mərasimdə Novruz bayramının və özbək plovunun UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil olunması ilə əlaqədar sertifikatı da təqdim edib.

Məşhur dağda müəmmalı otaq

7 Fevral 2017 13:18

Raşmor dağı ABŞ-ın Cənubi Dakota ştatının Kiston şəhəri yaxınlığında yerləşir. Onun qranit qayasında hündürlüyü 18,6 metr olan barelyef düzəldilib.  Dağın içərisində gizli otaq tapılıb. Bu otaq onun xüsusi məqsədlər üçün düzəldildiyini sübut edir. Amerikanın dörd prezidentinin: Corc Vaşinqton, Tomas Cefferson, Teodor Ruzvelt və Avraam Linkolnun təsvir olunduğu barelyefdə az insanın bildiyi gizli otaq var. Bu gizli otaq Avraam Linkolnun başının arxasında yerləşir. Bu barədə Milli.az Britaniya mətbuatına istinadla xəbər verir.

Qadınları həqiqi hərbi xidmətə çağıra bilərlər - Gürcüstanda

7 Fevral 2017 13:16

Gürcüstan parlamentində qadınların həqiqi hərbi xidmətə çağırılmasını nəzərdə tutan qanun layihəsi qeydə alınıb. Qanun layihəsinin müəllifi İrina Barbakadzedir. Layihənin məqsədi ordunun gücləndirilməsi, ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, torpaqların geri qaytarılması və ölkənin birləşdirilməsidir. 

"Atletiko" azarkeşləri qəzada öldülər

7 Fevral 2017 13:15

İspaniyanın "Atletiko" klubunun 4 azarkeşi avtomobil qəzasında dünyasını dəyişib. Klubun rəsmi saytı Torre-Paçeko şəhərində 2 avtomobilin toqquşması nəticəsində 5 nəfərin öldüyünü yazıb. Onlardan 4-ü "Atletiko" azarkeşi olub. Klub həyatını itirənlərin əzizləri və yaxınlarına başsağlığı verib. 

Bəşər Əsəd: "Suriya mənim ailəmə məxsus deyil"

7 Fevral 2017 13:13

"Suriya mənim ailəmə məxsus deyil. İstənilən suriyalı ölkəyə rəhbərlik edə bilər". Bunu Suriya prezidenti Bəşər Əsəd deyib. Jurnalistlərin sualına cavab verən B.Əsəd bildirib ki, hər bir suriyalının prezident vəzifəsində çalışmaq hüququ var.

ŞOK! SON DƏQİQƏ! Azərbaycanda nazir işdən çıxarıldı

7 Fevral 2017 13:08

Xalid İsgəndərov Naxçıvan Muxtar Respublikasının maliyyə naziri vəzifəsindən azad edilib. Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov müvafiq sərəncam imzalayıb.

Müğənni limanda konsert verdi- VİDEO

7 Fevral 2017 13:09

Türkiyənin  Kadıköy – Beşiktaş limanında bu gün gözlənilməz hadisə baş verib. Limanda səyahət etməyə hazırlaşan məşhur türk müğənnisi Sertab Erener musiqi səsi eşidir. Müğənni  musiqi alətləri ifa edən gənclərin yanına gedərək, “Yanarım” mahnısıni canlı  ifa edib.

ADU-da “Azərbaycan və Çinin bağ-park incəsənəti” mövzusunda seminar keçirilib

7 Fevral 2017 13:05

Fevralın 7-də Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə “Azərbaycan və Çinin bağ-park incəsənəti” mövzusunda elmi seminar keçirilib. Seminarı açıq elan edən Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov Azərbaycan və Çinin landşaft memarlığının milli və mənəvi ənənələrindən bəhs edərək son illərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə ölkəmizdə park və xiyabanların dünya standartlarına uyğun bərpa edildiyini və yenilərinin salındığını vurğulayıb. O, həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü ildə Çinə işgüzar səfəri çərçivəsində birinci xanım Mehriban Əliyevanın dövlət başçılarının xanımları ilə birlikdə qədim Çin klassik bağında – Şanxaydakı “Yuy Yuan Parkı”nda olduğunu xatırladıb.

Qar yağacaq

7 Fevral 2017 13:04

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin “Olaylar” – a verdiyi  məlumata görə Bakıda və Abşeron yarımadasında fevralın 08-də gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı, gecəyə doğru sulu qara keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Ekologiya Nazirliyindən - XƏBƏRDARLIQ

7 Fevral 2017 13:03

Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Olaylar” – a verdiyi məlumata görə fevralın 08-i gündüz şimal rayonlarından başlayaraq fevralın 11-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, sulu qar, qar yağacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-8 dərəcə aşağı enəcək. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.

Kamandar Eyvazlı yazır...   Səyyad Arana

7 Fevral 2017 13:01

Tökülüb-itirsə əyini-başı , Alnına dəyibsə taleyin daşı, Vaxtsız çatılıbsa fikirdən qaşı, Deyirlər : şairdi ,

Otman-Bozdağ palçıq vulkanın püskürməsinə – ETSN açıqlama

7 Fevral 2017 12:46

Ötən gün saat 13 radələrində Otman-Bozdağ palçıq vulkanında güclü püskürmə baş verib. Ekologiya və Təbii Sərvətlər nazirliyindən “Olaylar” – a verilən məlumata görə, püskürmə ümümən 9 dəqiqəyə yaxın olub. Vulkan kraterindən cənub istiqamətində eni bəzi yerlərdə 6 metrəyə çatan çatlar 3-4 km məsafəyə qədər uzanaraq yeni çat sistemi təzahürü yaradıb. Yeni xaric edilmiş sülb tullantılarının həcmi 12 hektardan çox ərazini örtüb. Xaric olan brekçiya qatının qalınlığı 2 metrə yaxındır, uzunluğu isə 350 metrə çatır.

Restoran sahibinin arvadıyla "tutulan" müğənni...

7 Fevral 2017 12:42

Müğənni və aktyor Keremcem ötən axşam Cahangirdə Mehmet Turqutla yemək yeyərkən kameralara görüntüləniblər. Keçən həftə Karaköydə bir məkandan çıxarkən yanındakı qadını sevgilisi kimi qələmə verən jurnalistləri tənqid edən Keremcem: