Gündəm

Türkiyədə Xocalı soyqırımına həsr olunmuş şeir müsabiqəsi keçiriləcək

7 Fevral 2017 12:40

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası ilə Kocaeli Şairlər və Yazıçılar Birliyi Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş şeir müsabiqəsi elan edib.

Qadınları döyənlər psixopatiyadan əziyyət çəkənlərdir MÜTƏXƏSSİS RƏYİ

7 Fevral 2017 12:34

“Bir ailədə qadın əzilir, şiddət görürsə, bu, əks cinsin psixopatiyadan əziyyət çəkdiyini göstərir”. Bunu  Ümumrusiya Peşəkar Psixoterapevtler Liqasının üzvü, psixoloq Elnarə Eminova deyib.

“Aİ Qarabağ münaqişəsində Azərbaycanı qane edən mövqeyə gəlib” 

7 Fevral 2017 12:26

“Avropa İttifaqı dövlətlərlə ya daha geniş əlaqələri əhatə edən assosasiya sazişi, ya da ikitərəfli saziş imzalayır. Azərbaycanla qurum arasında yeni saziş üzrə başlayan danışıqların mühüm əhəmiyyəti var”. Bunu politoloq Qabil Hüseynli deyib. O bildirib ki, Prezident İlham Əliyevin Brüsseldə Aİ-nin yüksək səviyyəli rəsmiləri ilə görüşləri, yeni saziş üzrə danışıqların başlaması həm də artıq Azərbaycanın Avropaya yönəlik siyasətinin birmənalı olaraq müəyyənləşdiyini göstərir: “Bu münasibətlər yüksələn xətt üzrə inkişaf etməyə başlayır. Ona görə danışıqların nəticəsi olaraq imzalanacaq sazişi yüksək qiymətləndirmək lazımdır. Bu, o anlama gəlir ki, Azərbaycan nisbətən Avropaya yönələn, Avropaya meyilli siyasətə üstünlük verməyə başlayacaq”.

“Fox News”in aparıcısı Putindən üzr istəməyəcək  İRONİK CAVAB

7 Fevral 2017 12:25

ABŞ-ın “Fox News” telekanalının tanınmış aparıcısı Bill O’Rayli  Kremlin ona Rusiya prezidenti Vladimir Putindən üzr istəmək təklifinə cavab verib. Belə ki, amerikalı jurnalist ABŞ prezidenti Donald Trampla müsahibəsi zamanı Rusiya prezidentini “qatil” adlandırmışdı. Bu barədə “The Hollywood Reporter” yazır.

Müdafiə Nazirliyinin işi xüsusilə təqdirəlayiqdir

7 Fevral 2017 12:24

“Fevralın 1-də Talış kəndi istiqamətində ermənilərin əlinə keçmiş Azərbaycan vətəndaşı Elnur Hüseynzadə Dağlıq Qarabağdakı qondarma, separatçı rejim tərəfindən mühakimə olunub. Separatçılar "dövlət sərhədini pozduğuna görə" Elnuru həbs ediblər. Əslində bütün bunlar gülməlidir”. Bunu  politoloq Cümşüd Nuriyev deyib.

Böyük dövlətlər separatçı, işğalçı rejimlərə dəstək olurlar

7 Fevral 2017 12:23

“Ümumiyyətlə Azərbaycan tərəfi mütəmadi olaraq Ermənistan tərəfindən girovluqda saxlanılan əsgərlərimizin geri qaytarılması istiqamətində lazımi işlər görür. Bu istiqamətdə məsələlər inkişaf yolundadır”. Bunu millət vəkili Rövşən Rzayev deyib.

Daxili orqanında psixotrap maddə aşkar edildi

7 Fevral 2017 12:21

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları psixotrop maddənin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, idarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, İstanbul-Bakı aviareysilə gələn xanım sərnişin, Azərbaycan Respublikasının vətəndaşı gömrük nəzarətindən keçərkən saxlanılıb və üzərində şəxsi yoxlama aparılması üçün yoxlama otağına dəvət olunub. Şəxsi yoxlama zamanı vətəndaşın üzərində qanunla qadağan edilmiş əşyalar aşkar olunmasa da, hərəkətləri şübhə doğurduğu üçün bədən üzvlərinin yoxlanılması məqsədilə tibb işçisi dəvət olunacağı barədə xəbərdar edilib. Lakin həmin şəxs buna ehtiyac olmadığını bildirib və daxili orqanında gizlətdiyi sellofan bükümü çıxararaq gömrük nəzarətinə könüllü təqdim edib. Həmin bükümdə isə 8 ədəd həb aşkar olunub.

4 vəzifəli şəxs işdən qovulub

7 Fevral 2017 12:17

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Meşələrin İnkişafı Departamentinin iş planına uyğun olaraq 2016-cı ilin dekabr və 2017-ci ilin yanvar aylarında Nazirliyin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən Masallı, Zaqatala və Qusar Meşə Mühafizəsi və Bərpası Müəssisələrində meşələrin mühafizə vəziyyəti araşdırılıb. ETSN-nin mətbuat xidmətindən verilən məlumata görə, aparılan araşdırma zamanı sözügedən müəssisələrdə meşələrin qorunub mühafizə olunması sahəsində bir sıra nöqsanlara yol verildiyi müəyyənləşib.

Mədəniyyət və Turizm Nazirliyinıə məlumat turu təşkil olunacaq

7 Fevral 2017 12:10

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən Mədəniyyət və Turizm Nazirliyinin inzibati binasına məlumat turu təşkil olunacaq. “OLAYLAR”-ın Milli Şuraya istinadən verdiyi xəbərə görə, fevralın 8-də baş tutacaq məlumat turu zamanı iştirakçılar Nazirliyin iş strukturu, şöbələrlə tanış olacaq, Nazirliyin turizmin inkişafı üçün Azərbaycan ərazisindəki əlverişli imkanlardan istifadə qaydaları, bu potensialın necə artırılması, hansı layihələrin keçirilməsi, beynəlxalq təcrübələr kimi bir sıra mövzular haqqında məlumat əldə edəcəklər.

Binəqədidə təhsil sahəsində mövcud olan problemlər müzakirə edilib

7 Fevral 2017 12:08

Binəqədi rayonunda əhalinin təhsil müəssisələrinə tələbatını müəyyənləşdirmək, təhsilin inkişafı səviyyəsi barədə əhalinin məlumatlandırılması, təhsil sahəsində mövcud olan problemlərin aradan qaldırılması məqsədilə orta ümumtəhsil məktəblərində görüşlər keçirilir. “OLAYLAR”-ın Rayon İcra Hakimiyyətinə istinadən verdiyi xəbərə görə, növbəti görüş 115 nömrəli tam orta məktəbdə baş tutub.

Sensasiyalı kəşf: yeni Günəş sistemi TAPILDI - VİDEO - FOTO

7 Fevral 2017 12:06

Kanadadakı Hersberq Astrofizika İnstitutunun əməkdaşlarından ibarət qrup kosmosda yeni Günəş sistemi aşkarlayıb. Öncə kanadalı alimlər tədqiqat əsnasında Peqas ulduz topasında, Yerdən 129 işıq ili məsafəsində ulduz yığınını tapmışdılar.

“Virtua proqramının inkişaf etdirilməsi” mövzusunda beynəlxalq treninq öz işinə başladı

7 Fevral 2017 12:01

Ötən gün “Virtua proqramının inkişaf etdirilməsi” mövzusunda beynəlxalq treninq öz işinə başladı. Milli Kitabxanadan “Olaylar” – a verilən məlumata görə, treninqin açılış mərasimində Milli Kitabxananın direktoru  prof. Kərim Tahirov, Innovative Interfaces Global Ltd.-nin əməkdaşı Yana İlavska iştirak edib.

Azərbaycanın ixrac missiyası Əfqanıstanda

7 Fevral 2017 11:56

Azərbaycanın ixrac missiyası Əfqanıstanın Kabul şəhərindədir. Missiyaya ölkəmizdə meyvə şirələri, ət və ət məhsulları, təbii mineral sular, un və un məmulatları, süd və süd məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən 9 şirkətin nümayəndəsi daxildir.Bu barədə İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə,  səfərin ilk günü Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Əfqanıstan Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə Azərbaycan və əfqan şirkətləri arasında görüş keçirilib.

"Neft Daşları” yatağında yeni quyu qazılır

7 Fevral 2017 11:54

“Neft Daşları” yatağındakı 602A nömrəli özüldən 2667 nömrəli quyuda qazma işləri uğurla davam etdirilir. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, “Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qala Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1570 metrdir. Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur.

Daha bir küçədə yenidənqurma işləri başladı

7 Fevral 2017 11:53

Avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etməklə sıxlığın aradan qaldırılması istiqamətində daha bir ərazidə yenidənqurma işlərinə başlanılıb. “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki,söhbət Xətai rayonu Yusif Səfərov küçəsindən gedir.