Gündəm
İtaliyada Xocalı qurbanları anılıb
Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar İtaliyanın Milan Provinsiyasının Busto Garolfo şəhərində yerli ictimaiyyətin iştirakı ilə anım gecəsi keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, Comunanın binasının böyük konfrans zalında baş tutan tədbirin təşkilatçıları Azərbaycanın İtaliyadakı Səfirliyi, Busto Garolfo şəhər bələdiyyəsi, Orizon Akademiyası və İtaliyada Azərbaycan Mədəniyyət Assosiasiyasıdır.
Türkiyə səfiri SOCAR-da olub
SOCAR-ın prezidenti Rövnəq Abdullayev Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralı qəbul edib. “OLAYLAR”-ın şirkətə istinadən verdiyi xəbərə görə, qonağı səmimi salamlayan SOCAR prezidenti iki qardaş ölkə arasında münasibətlərin yüksələn xətt üzrə inkişafını diqqətə çatdırıb, Türkiyə şirkətlərinin Azərbaycanda həyata keçirilən enerji layhələrində iştirakının, habelə SOCAR-ın Türkiyədə reallaşdırdığı investisiya layihələrinin hər iki ölkənin iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Görüşdə Avropanın enerji təhlükəsizliyi istiqamətində həyata keçirilən enerji layihələrində Türkiyənin tranzit ölkə kimi rolu, xüsusilə TANAP layihəsinin icrasının bu baxımdan əhəmiyyəti qeyd edilib.
Auditorlar Palatası siyasi partiyalara çağırış etdi
Azərbaycan Auditorlar Palatası bir sıra kommersiya və qeyri-kommersiya qurumlarına, o cümlədən siyasi partiyalara 2016-cı il üzrə maliyyə (mühasibat) hesabatlarının hazırlanması ilə bağlı çağırış edib. Məlumata görə, Palata ölkədə həyata keçirilən iqtisadi islahatların mühüm istiqaməti olan şəffaflığın artırılmasında siyasi partiyaları fəal iştirak etməyə və bu məqsədlə müstəqil auditorların xidmətlərin istifadə etməyə çağırır. Auditorlar Palatası bu istiqamətdə hər bir sorğunu cavablandırmağa və müvafiq dəstək göstərməyə hazır olduğunu bəyan edib. Qanunvericiliyin tələblərinə uyğun olaraq, siyasi partiyalar 2016-cı il üzrə maliyyə (mühasibat) hesabatlarının düzgünlüyünü auditor rəyi təsdiq etməlidir.
Ermənilər müxtəlif istiqamətlərdən atəşkəsi pozub
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 22 dəfə pozub.
Qaçan terrorçu tutuldu
Adanada polisi görüncə qaçan şəxs bir evin damında gizlənmək istəyərkən tutulub. Şübhəlinin terror təşkilatı PKK üzvü kimi axtarışda olan terrorçu olduğu məlum olub. Bu barədə Milli.az İHA-ya istinadən xəbər verir.
Azərbaycan Aİ ilə münasibətləri bərabər şəkildə qorumağın tərəfdarıdır
“Azərbaycanla Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqların başlaması hər iki tərəf üçün vacibdir”. Bunu politoloq, millət vəkili Rasim Musabəyov deyib. O xatırladıb ki, daha əvvəl gündəmdə olan assosasiya sazişi standart bir sənəd idi: “Faktiki olaraq bu sənəd əsasında Avropa İttifaqı özünü bir müəllim kimi və sanki şagirdi ilə saziş bağlayırdı.
Bizim Kino Günləri - Qatil
9 fevral tarixindən, Mədəniyyət və Turizm Nazirliyi və Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının birgə layihəsi olan “Bizim Kino Günləri 2017” layihəsi çərçivəsində “Qatil” bədii filminin kinoteatrlarda nümayişinə başlanılır.
Bala Cəfərlidən nəşi gələn balamız - Ləman Ələşrəfqızı Çingizdən yazır
Hardan başlayım, nədən başlayım, bu yazıya açığı bir xeyli düşünməli oldum. Yazdım, pozdum, pozdum, yazdım, yenə, yenə, yenə.
ŞOK! ŞOK! ŞOK! Rəhbəri erməni olan şirkət Bakıda işə başlayıb
Rusiyada qeydiyyata alınmış Yandeks.Taksi şirkəti Azərbaycanda Yandeks Azerbaijan adı altında fəaliyyət göstərəcək. Bu şirkət artıq Bakıda işləməyə və personal toplamağa başlayıb. Yandeks.Taksi şirkətinin bura gəlişi haqda trend.az saytında da məlumat gedib. http://www.trend.az/business/it/2712740.html
Ümid edirəm ki, Tramp hökuməti Ukraynaya letal silahlar verəcək
ABŞ Nümayəndələr Palatasının Silahlı Qüvvələr üzrə Komitəsinin sədri, respublikaçı Mak Tornberri (Mac Thornberry) Tramp administrasiyasının Ukraynaya letal (öldürücü) müdafiə silahları verəcəyinə ümid etdiyini bildirib.
İŞİD silahlıları Suriyada qaz kəmərini partladıblar
İŞİD teror qruplaşmasının silahlıları Suriyanın Palmira şəhəri yaxınlığında qaz kəmərini partladıblar.
Xarici KİV nümayəndələrinin Cocuq Mərcanlıya səfəri təşkil olunub
Bu gün Azərbaycanda akkreditə olunmuş bir qrup xarici Kütləvi İnformasiya Vasitələri nümayəndələrinin Cocuq Mərcanlıya səfəri təşkil olunub.
AMEA: Dünən Azərbaycanda baş verən vulkan püskürməsi araşdırılır
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ölkədə qeydə alınan vulkan püskürməsi ilə bağlı açıqlama yayıb. AMEA-dan verilən xəbərə görə, ötən gün Azərbaycan ərazisində 2 vulkan püskürməsi baş verib: "Fevralın 6-da Respublika Seysmoloji Xidmət Mərkəzinin Şirvan seysmik stansiyasından 31 kilometr şimalda-Qaradağ rayonunun Səngəçal qəsəbəsində 2 vulkan püskürməsi baş verib. Ərazidə palçıq vulkanının püskürməsi yerli vaxtla saat 12:20:40-da və 14:18:07-də qeydə alınıb.
Fevralın 11-də ilin ilk Ay tutulması baş verəcək
Bu ilin ilk Ay tutulması hadisəsi fevralın 11-də baş verəcək. Azərbaycan Milli Elmlər Akademiyasından verilən xəbərə görə, fevralın 11-də alimlər Ay tutulmasının olacağı barədə xəbərdarlıq ediblər.














