Ümid edirəm ki, Tramp hökuməti Ukraynaya letal silahlar verəcək
ABŞ Nümayəndələr Palatasının Silahlı Qüvvələr üzrə Komitəsinin sədri, respublikaçı Mak Tornberri (Mac Thornberry) Tramp administrasiyasının Ukraynaya letal (öldürücü) müdafiə silahları verəcəyinə ümid etdiyini bildirib.
7 Fevral 2017 11:25 DünyaABŞ Nümayəndələr Palatasının Silahlı Qüvvələr üzrə Komitəsinin sədri, respublikaçı Mak Tornberri (Mac Thornberry) Tramp administrasiyasının Ukraynaya letal (öldürücü) müdafiə silahları verəcəyinə ümid etdiyini bildirib. M. Tornberri Obama hökumətinin Rusiya təcavüzünə müqavimət göstərmək üçün Ukraynanın letal silah tələbini qəbul etməməsindən məyus olduğunu söyləyib: "Mən ümid edirəm ki, yeni administrasiya bunu edəcək". M. Tornberri Ukraynanın Konqresin hər iki palatasında ikipartiyalı dəstəyə malik olduğunu vurğulayıb. Apa.az