İŞİD silahlıları Suriyada qaz kəmərini partladıblar

İŞİD teror qruplaşmasının silahlıları Suriyanın Palmira şəhəri yaxınlığında qaz kəmərini partladıblar.

İŞİD teror qruplaşmasının silahlıları Suriyanın Palmira şəhəri yaxınlığında qaz kəmərini partladıblar. Partlayışdan sonra əmələ gələn güclü yanğın hələ də davam etməkdədir. Ötən ilin dekabrında terrorçuların hücumu nəticəsində Suriya ordusu Palmiranı tərk etmək məcburiyyətində qalmışdı. Hazırda şəhərdən 39 km aralıda Suriya ordusu ilə İŞİD silahlıları arasında şiddətli döyüşlər gedir.  Bu barədə APA.az RİA Novosti agentliyinə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31