Mədəniyyət və Turizm Nazirliyinıə məlumat turu təşkil olunacaq
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən Mədəniyyət və Turizm Nazirliyinin inzibati binasına məlumat turu təşkil olunacaq. “OLAYLAR”-ın Milli Şuraya istinadən verdiyi xəbərə görə, fevralın 8-də baş tutacaq məlumat turu zamanı iştirakçılar Nazirliyin iş strukturu, şöbələrlə tanış olacaq, Nazirliyin turizmin inkişafı üçün Azərbaycan ərazisindəki əlverişli imkanlardan istifadə qaydaları, bu potensialın necə artırılması, hansı layihələrin keçirilməsi, beynəlxalq təcrübələr kimi bir sıra mövzular haqqında məlumat əldə edəcəklər.
7 Fevral 2017 12:10 SosialAzərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən Mədəniyyət və Turizm Nazirliyinin inzibati binasına məlumat turu təşkil olunacaq. "OLAYLAR"-ın Milli Şuraya istinadən verdiyi xəbərə görə, fevralın 8-də baş tutacaq məlumat turu zamanı iştirakçılar Nazirliyin iş strukturu, şöbələrlə tanış olacaq, Nazirliyin turizmin inkişafı üçün Azərbaycan ərazisindəki əlverişli imkanlardan istifadə qaydaları, bu potensialın necə artırılması, hansı layihələrin keçirilməsi, beynəlxalq təcrübələr kimi bir sıra mövzular haqqında məlumat əldə edəcəklər. Eyni zamanda, tur zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılacaq.
Qeyd edək ki, Milli Şuranın məlumat turlarını keçirməsində məqsədi Azərbaycan Respublikasının prioritetlərinə müvafiq olaraq gənclər təşkilatlarının rəhbərləri və fəallarının tarixi, mədəniyyət, incəsənət obyektləri, innovativ və müasir infastruktur vahidləri ilə tanışlığının və məlumatlılığının artırılmasından ibarətdir. Proqram çərçivəsində ümumilikdə Milli Şuranın üzvü olan 75 gənclər təşkilatının 260-dən çox nümayəndəsi böyük maraqla 16 məlumat turunun iştirakçısı olub.