“Virtua proqramının inkişaf etdirilməsi” mövzusunda beynəlxalq treninq öz işinə başladı
Ötən gün “Virtua proqramının inkişaf etdirilməsi” mövzusunda beynəlxalq treninq öz işinə başladı. Milli Kitabxanadan “Olaylar” – a verilən məlumata görə, treninqin açılış mərasimində Milli Kitabxananın direktoru prof. Kərim Tahirov, Innovative Interfaces Global Ltd.-nin əməkdaşı Yana İlavska iştirak edib.
7 Fevral 2017 12:01 SosialÖtən gün "Virtua proqramının inkişaf etdirilməsi" mövzusunda beynəlxalq treninq öz işinə başladı. Milli Kitabxanadan "Olaylar" - a verilən məlumata görə, treninqin açılış mərasimində Milli Kitabxananın direktoru prof. Kərim Tahirov, Innovative Interfaces Global Ltd.-nin əməkdaşı Yana İlavska iştirak edib.
Treninqi kitabxananın direktoru K.Tahirov açaraq əməkdaşları fəal olmağa çağırmış və treninqin işinə uğurlar arzuladı.
Qeyd edək ki, treninq Innovative Interfaces Global Ltd.-nin əməkdaşı Yana İlavska tərəfindən aparılır.
Şirkətin məhsulu olan Virtua avtomatlaşmış kitabxana sistemində mövcud olan yeniliklər, modullarının təkmilləşdirilməsi, kitabverilişi, oxucu qeydiyyatı, axtarış sistemlərinin təkmilləşdirilməsi, avtoritet faylların, filtrlərin qaydaya salınması, indekslərin optimallaşdırılması, dövri mətbuat məqalələrinin axtarış interfeysinin hazırlanması, biblioqrafik yazıların təkmilləşdirilməsi, qarşıya çıxan problemlərin həlli və s. məsələlər treninqdə müzakirə olunur.
Treninq öz işinə fevral ayının 11-də yekun vuracaq.