Türkiyədə Xocalı soyqırımına həsr olunmuş şeir müsabiqəsi keçiriləcək

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası ilə Kocaeli Şairlər və Yazıçılar Birliyi Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş şeir müsabiqəsi elan edib.

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası ilə Kocaeli Şairlər və Yazıçılar Birliyi Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş şeir müsabiqəsi elan edib. Mövzusu Xocalı soyqırımı olacaq bu yarışda qalib şəxsə iyunda Azərbaycana 5 günlük turpaket hədiyyə ediləcək.

Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun Xankəndidəki 366-cı motoatıcı alayı ilə birgə törətdiyi soyqırım zamanı 613 nəfər insanın, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyulub, yüzlərlə dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Həmin kütləvi qırğın həyata keçirilərkən 8 ailə bütünlüklə məhv edilib, 25 uşaq hər iki valideynindən, 130 uşaq isə valideynlərinin birindən məhrum edilib, əsir və girov götürülənlərə amansız işgəncələr verilib. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31