Otman-Bozdağ palçıq vulkanın püskürməsinə – ETSN açıqlama

Ötən gün saat 13 radələrində Otman-Bozdağ palçıq vulkanında güclü püskürmə baş verib. Ekologiya və Təbii Sərvətlər nazirliyindən “Olaylar” – a verilən məlumata görə, püskürmə ümümən 9 dəqiqəyə yaxın olub. Vulkan kraterindən cənub istiqamətində eni bəzi yerlərdə 6 metrəyə çatan çatlar 3-4 km məsafəyə qədər uzanaraq yeni çat sistemi təzahürü yaradıb. Yeni xaric edilmiş sülb tullantılarının həcmi 12 hektardan çox ərazini örtüb. Xaric olan brekçiya qatının qalınlığı 2 metrə yaxındır, uzunluğu isə 350 metrə çatır.

Ötən gün saat 13 radələrində Otman-Bozdağ palçıq vulkanında güclü püskürmə baş verib. Ekologiya və Təbii Sərvətlər nazirliyindən "Olaylar" - a verilən məlumata görə, püskürmə ümümən 9 dəqiqəyə yaxın olub. Vulkan kraterindən cənub istiqamətində eni bəzi yerlərdə 6 metrəyə çatan çatlar 3-4 km məsafəyə qədər uzanaraq yeni çat sistemi təzahürü yaradıb. Yeni xaric edilmiş sülb tullantılarının həcmi 12 hektardan çox ərazini örtüb. Xaric olan brekçiya qatının qalınlığı 2 metrə yaxındır, uzunluğu isə 350 metrə çatır.

Qeyd edəki ki, yaxınlıqda yaşayış məskənləri olmadığından bu palçıq vulkanı təhlükəli hesab edilmir. Vulkanının yerləşdiyi tektonik çatın üzərində bir neçə iri palçıq vulkanı da vardır ki, onların da aktivləşmə ehtimalı artıb.

Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən prosesə nəzarət olunur və müvafiq ölçmə işləri aparılır.

Məlumat  üçün bildirək ki, Otman-Bozdağ palçıq vulkanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 29 sentyabr tarixli 294s nömrəli Sərəncamına əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu"nun daimi istifadəsinə verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31