Putin iranlı həmkarı ilə Qarabağı müzakirə edəcək
İran prezidenti Həsən Ruhani Moskvaya səfəri zamanı Rusiyanın dövlət başçısı Vladimir Putinlə Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək.
7 Fevral 2017 13:36 Dünyaİran prezidenti Həsən Ruhani Moskvaya səfəri zamanı Rusiyanın dövlət başçısı Vladimir Putinlə Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək. Bunu Rusiyanın İrandakı səfir Levan Caqaryan bildirib. Onun sözlərinə görə, İran prezidenti Həsən Ruhani bu ilin mart ayının sonunda Rusiyaya səfər edəcək. "Şübhəsiz ki, səfər zamanı Əfqanıstandakı vəziyyət, Xəzər dənizi ilə bağlı problemlər, Dağlıq Qarabağ münaqişəsi kimi regional problemlər diqqət mərkəzində olacaq", - deyə səfir vurğulayıb. Report.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31