"Survivor"da BÖYÜK ŞOK - VİDEO
Ötən gün "Survivor 7" yarışının növbəti buraxılışı efirə gedib. "Tv 8"də Acunun prodüser və aparıcılığı ilə ekranlara gələn yarışın bu buraxılışı tamaşaçıları xeyli həyəcanlandırıb. Belə ki, "Məşhurlar" komandasında sərbəst suyadalma üzrə (dalğıc) 6 qat dünya rekordçusu olan xanım iştirakçı Şahika Ercümen qarpunla balıq ovlamaq üçün okeana baş vurub. Peşəkar üzgücü Şahika sahildən xeyli uzaqdaykən təxminən 50-60 metrlik məsafədə qarşısında nəhəng balina görüb. Xanım iştirakçının dərhal təhlükəsizlik səlahiyyətlilərinə xəbərdarlığı ilə Şahika olay yerindən sahilə çıxarılıb.
7 Fevral 2017 14:07 DünyaBalıq tutan iştirakçının qarşısında BALİNA peyda oldu
Ötən gün "Survivor 7" yarışının növbəti buraxılışı efirə gedib. "Tv 8"də Acunun prodüser və aparıcılığı ilə ekranlara gələn yarışın bu buraxılışı tamaşaçıları xeyli həyəcanlandırıb. Belə ki, "Məşhurlar" komandasında sərbəst suyadalma üzrə (dalğıc) 6 qat dünya rekordçusu olan xanım iştirakçı Şahika Ercümen qarpunla balıq ovlamaq üçün okeana baş vurub. Peşəkar üzgücü Şahika sahildən xeyli uzaqdaykən təxminən 50-60 metrlik məsafədə qarşısında nəhəng balina görüb. Xanım iştirakçının dərhal təhlükəsizlik səlahiyyətlilərinə xəbərdarlığı ilə Şahika olay yerindən sahilə çıxarılıb.
O, bu gözlənilməz "sürprizlə" bağlı ilk hiss etdiklərini dilə gətirib:
"Anlada bilməyəcəm o hissləri. Onunla qarşılaşanda ürək döyüntülərim dəyişdi. İnsan həyatında neçə dəfə belə balina görə bilər ki? Möhtəşəm idi!". Milli.az
"Survivor"dakı həmin həyəcanlı anları təqdim edirik: